Reklam
Zəngəzur dəhlizində işlər sürətlənir
09-12-2025 12:39
Dalidag.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
"ABŞ Nəqliyyat Departamenti katibinin köməkçisi Daniel Edvards ilə görüş keçirdik. Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi strateji əhəmiyyəti, multimodal dəhlizlər və infrastruktur layihələri barədə ətraflı məlumat verdik. Eyni zamanda aviasiya və dəniz nəqliyyatı daxil olmaqla nəqliyyatın digər sahələrində və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdik",- deyə nazir qeyd edib.
R.Nəbiyev həmçinin Zəngəzur dəhlizinin açılması, Naxçıvan dəmir yolunun bərpası və modernləşdirilməsində ABŞ ilə əməkdaşlıq barədə fikir mübadiləsi aparıldığını əlavə edib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 09-12-2025 12:39
Baxış sayı: 351Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar





























