Azərbaycanda həqiqi hərbi xidmətə çağırış müddəti uzadılır. Dalidag.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında” qanun layihəsi Milli Məclisə daxil olub. Müddətin uzadılması koronavirus infeksiyası ilə bağlıdır. Layihə Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Dalidag.az

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Dalidag.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli,

O , səhnəyə çıxmağı və balaca rolunu sənətkarlara xas süni həyəcanla deyil, sadə və aydın şəkildə tamaşaçılara çatdırmağı arzulayırdı. Özü də kütlə onu dinləyərkən düşünəcəkdi: “Bax, əsl sənət budu! Hər kəsin ruhun necə yaşadığını anlaması üçün onu məhz bu cür təsvir etmək lazımdı”. Ona, debütanta, kütləni hələ az tanıyan qızcığaza elə gəlirdi ki, toplumun ruhuna yalnız səmimiyyətilə toxuna bilər, — yalnız səmimiyyətilə! Düşünürdü ki, rolu elə sadəliyi və sadəlövhlüyü ilə öz sözünü deyir.

Tədqiqatçılar koronavirus səbəbindən ölən 29 yaşlı xəstənin ekspertizasını həyata keçirdikdən sonra gözləmədikləri nəticə ilə üzləşiblər. Belə ki, COVID-19-un insan öldükdən sonra belə onun ağciyərində yaşadığı məlum olub. Çinin rəsmi “Xinhua” xəbər agentliyi bunu Pekin Universitetinin Birinci Xəstəxanasında çalışan yoluxucu xəstəliklər üzrə mütəxəssislərə istinadla bildirib. Elm adamlarının sözlərinə görə, ekspertiza zamanı xəstənin immun sisteminə ciddi ziyan dəydiyi və bunun da ölümə gətirib

"...Özüm tək qaçqındı könül dincliyim, Hələ də ürəyim dərd közündədi… Dəcəl uşaqlığım, qaynar gəncliyim Yanan körpülərin o üzündədi…" Dalidag.az Rafiq Yusifoğlunun yeni şeirlərini təqdim edir: AÇILAN SƏHƏRLƏR,PARLAQ ULDUZLAR “Bu nəhəng şair, dəyərli alimimizlə mən hər görüşəndə ondan nəsə öyrənirəm. O, açılan səhərlər, parlayan ulduzlar kimi həmişə təzədir. Allah möhkəm can sağlığı versin. Həmişə yazıb yaratsın”...(Əşrəf Veysəlli) Əgər düşüncələr gəlirsə haqdan, Sözün ləngərindən dərə

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən ardıcıl tədbirlərə uyğun olaraq Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci il 30 mart - 27 aprel tarixlərində aparılması nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, eləcə də aprel ayı üçün planlaşdırılan bütün tədbirlər təxirə salınıb. DİM-dən verilən məlumata görə, ali və orta ixtisas təhsili

Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib. Dalidag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Müəyyən edilib ki, bu qərar dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə,

Bu gün Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair, nasir və publisist Firdovsi Cəfərxanın 65 yaşı tamam olur. Qələm dostumuzu 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm. Firdovsi Cəfərxan oğlu Kazımov (Firdovsi Cəfərxan) Qubadlı rayonunun Yuxarı Mollu kəndində anadan olub. Krasnodar Politexnik İnstitutunun Texnologiya fakültəsini bitirib, ixtisasca mühəndis-texnoloqdur. Əmək fəaliyyətinə Sumqayıt Alüminium zavodunda başlamış, burada

Bir müddət öncə ABŞ-ın Federal Təhqiqat Bürosu yəhudi əsilli amerikalı Çarlis Lieberi həbs edib. Dalidag.az xəbər verir ki, Harvard Univeristetinin Kimya və Kimyəvi Biologiya fakültəsinin rəhbəri olan 62 yaşlı alim 2000-2010-cu illər arasında dünyanın bir nömrəli kimya alimi kimi tanınıb. ABŞ hökumətindən gizli olaraq Çinin “The Thousand Talents Plan (TTP)” (min istedadlı alim anlamında) adlı proqramına qatılan alimlə bağlı şok faktlar üzə çıxıb. Belə ki, Çarlis Liberi koronavirusun

Ucsuz-bucaqsız səhrada hərəkət edən üç insanın necə əldən düşməsi kölgələrindən də bilinirdi. Sürünən kölgələr sanki neçə gün idi ac-susuz yol gələn, azuqələri tükənən üç insan haqqında rekviyem oxuyurdu… “Kimsə dayanmalı, kimsə ölməlidir...” — deyirdi kölgələr. Üç nəfərdən birinin gözü yanındakı yol yoldaşından ayrılmır. Diqqətlə onun yorğun vücuduna, çuxura düşmüş gözlərinə baxır. Bu gözlərin bir vaxtlar alışdığı zamanı, yəni həmin insanın on yaşı olduğu vaxtı xatırlayır. Yadına gəlir ki, o
Yazı axını
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024