Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərəzisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu

İctimai Televiziya və Radio Yayımları Şirkəti 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş döyüşlərə həsr olunan filmin çəkilişlərinə başlayıb. Dalidag.az xəbər verir ki, filmin treylerinin yaxın günlərdə yayımlanacağı gözlənilir. Bəzi kadrları hazır olan ekran işi haqqında ətraflı məlumat ictimaiyyətə yaxın günlərdə açıqlanacaq. Azərbaycan Silahlı Qüvvələrinin, əsgər və zabitlərinin göstərdiyi şücaət əsasında ssenariləşdirilən "4 gün" adlı ekran işinin

"Azəbaycanda məktəblər karantin rejimi bitdikdən sonra açılacaq". Dalidag.az bildirir ki, bunu qaynarinfo-ya təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, dərslər aprel ayının 30-a çəkiləcək: "Ona qədər təhsildə bütün proses dayanır. Yəni, birinci sinifə şagird, ali təhsil müəssisələrinə qəbul üçün elektron ərizə qəbulu, bütün növ imtahanlar təxirə salınıb. Nəzərə alsaq ki, həm kainatin rejimidir, həm də ki, dövlət orqanları 29 martdan 29 aprelə qədər məzuniyyətdədir, deməli, ən

Dünya kimindir? “İnsan cəmiyyətindəki quruluşlar saat rəqqasına bənzər olaraq iki kənar nöqtə arasında və ya bir-birinə əks olan iki fəlakət arasında hərəkət edir; bunlar: despotizm və anarxizmdir. İnsanlıq bu iki şərdən birindən uzaqlaşdığı dərəcədə o birinə yaxınlaşmış olur. Buna görə də belə görünə bilər ki, insanlığın rifahı və xoşbəxtliyi bu iki kənar nöqtənin arasında, haradasa onların ortasındadır. Ancaq bu heç də belə deyil. İş bundadır ki, despotizm və anarxiya eyni dərəcədə qorxulu

Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. İclasda ölkədə koronavirus infeksiyası (COVID-19) ilə bağlı vəziyyət müzakirə olunub. İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqqında qərar qəbul edilib. Qərarda bildirilir ki, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin ediləcək. Dalidag.az

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində dezinfeksiya tədbirləri həyata keçirilir. Paytaxtın Binəqədi, Sabunçu rayonu ərazisində başa çatdırılmış dezinfeksiya tədbirləri digər ərazilərdə davam etdirilir. Dezinfeksiya işləri müvafiq kimyəvi preparatlarla aparılır və bu zaman zəruri təhlükəsizlik

Türkiyənin “Dünya qəzeti”nin köşə yazarı Vahab Munyar Yer kürəsini bürüyən koronavirus pandemiyası ilə bağlı əhəmiyyətli məqalə qələmə alıb. Dalidag.az xəbər verir ki, yazar köşəsində pandemiyaya tam fərqli gözdən baxmaq fikrini çatdırıb. “Şənbə günü, Merac Qəndilini idrak etdiyimiz gün “Yıldız” Holdinqin idarə heyətinin üzvü Murad Ülkərdən mesaj gəldi. Mesajın ilk cümləsi telefonumun ekranına əks olundu: “Bu başımıza gələnlər adət deyil, ayətdir”. Mesajı açdım. Əlavəsində Dini İşlər üzrə

Azərbaycanda Novruz bayramı yazın gəlişinin, təbiətin oyanışının ilk müjdəsini gətirən xalq bayramı hesab olunur. Tarixi keçmişimizə nəzər salsaq, o zaman görərik ki, tarixi xronologiyanın hökmü ilə məhz Şərq xalqları Novruz mərasimlərinin yaradılmasında və inkişafında, eyni zamanda onun tam bir düşüncə sisteminə çevrilməsində böyük rol oynayıblar. Bu yazıda Azərbaycan kinosunda Novruz bayramı necə təsvir olunub, hansı təzyiqlər hesabına Novruz kadrları yaranıb, ümumiyyətlə milli kinomuzda

Dalidag.az görkəmli nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist İsmayıl Şıxlı ilə bağlı 10 faktı təqdim edir: 1. İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim və zadəgan ailəsində anadan olub. Bu səbəbdən də ömrü boyu təqiblərə məruz qalıb. 2. İsmayıl Şıxlı Kosalar kəndində yeddiillik ibtidai məktəbi 4 ilə bitirir, Qazax pedaqoji məktəbinə hazırlaşır. Lakin yaşı az olduğu üçün buna icazə verilmir. Buna görə də o, doğum tarixini dəyişdirir. 3.

Ərəb dilində bayram anlamına gələn “eyd”, “iyd” sözü türk dillərində işlənən avdet/adət sözü ilə kökdaşdır. Anlamı “dönmə”deməkdir. Dilimizdəki “adət” sözü hər hansı bir xalqın həyatında qədimdən bəri qəbul edilmiş və kök salmış ənənə, vərdiş, alışma mənasında işlənir ki, bu da “dönmə” anlayışı ilə bağlıdır. Deməli, bayram olması üçün əsas şərt tarixi günün bəlli bir zamanda mütləq təkrar baş verməsidir. Beləliklə, biz “eyd” sözündən yola çıxaraq “bayram” sözünün mənşəyini izah edə bilərik.
Yazı axını
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024