Ağcabədi rayonunun Taxtakörpü ərazisində yeni salınmış və ötən ilin sonunda istifadəyə verilmiş 645 ailəlik üç qəsəbənin ikisində Laçından olan məcburi köçkünlərin yerləşdirilməsinə başlanılıb. Dalidag.az xəbər verir ki, bu məqsədlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən püşkatma keçirilib. Taxtakörpü ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yeni qəsəbələrin salınması müvafiq Dövlət Proqramına

Tanınmış şair, jurnalist, Manevr.az və Dalidag.az saytlarının baş redaktoru Namiq Dəlidağlı ürək əməliyyatı keçirib. Qeyd edək ki, bir neçə gün əvvəl hipertonik kriz dioqnozu ilə xəstəxanaya yerləşdirilən N.Dəlidağlı müalicədən sonra evə buraxılıb. Ancaq səhhətinin yenidən pisləşməsi ilə əlaqədar Bakıda klinikaların birində müayinədən keçib. Ürəyində ciddi problem olduğu aşkarlanıb. Bu gün isə Mərkəzi Klinikada onun ürəyinə stent qoyulub. Dalidag.az -ın əməkdaşı şairin yaxınları ilə əlaqə

Cəmi 49 ilə sığdı ömrü, kinolara çəkildi, özü kino çəkdi. İki qızını köçürdü. Əməkdar artist də oldu, xalq artisti də. Sonra… bədxassəli şiş əvvəlcə aktyora həyat kimi gərəkli simasını, sonra da məxməri səsini əlindən aldı. Şahmar Ələkbərovdan danışacam - “7 oğul istərəm”dən, “Arxadan vurulan zərbə”dən sevdiyimiz xalq artisti, köhnə kommunist Şahmar Ələkbərovdan. İkinci dünya müharibəsinin qızğın vaxtında, 1943-cü ildə Cavad xanın yurdunda anadan olub. Amma əslən yaralı Qarabağdandır –

Ağızlarını açmadan insanlara öz həyatlarından danışan bu mərmər heykəllər onu görənlərdə fərqli duyğular yaradacaq qədər sehrlidir. Bu hərəkətsiz varlıqlar vaxtilə həyatın bir parçası olub, o gündən bu günə isə heç nə dəyişməyib. Əlbəttə, sənət içində gizlətdiyi anlam və mesajlarla gözəldir. Dalidag.az dünyanın məşhur heykəlləri və tarixçələri haqda yazını təqdim edir. “Nello və Patraş” Belçikanın Müqəddəs Antverpen Katedralının qarşısındakı bu heykəl ilk baxışda məsum və sevimli görünə bilər,

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib. Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də vətəndaşların öz müraciət

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə milli müstəqilliyimizin bərpası istiqamətində mühüm səhifə olan 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Vətənpərvərlik kinosu həftəsi” keçirilir. Dalidag.az xəbər verir ki, yanvarın 17-dək keçiriləcək kino həftəsi çərçivəsində Vətən yolunda canlarını fəda edən Azərbaycanın Milli qəhrəmanlarına və onların döyüş yoluna həsr edilmiş filmlər

Ayrı-ayrı dövrlərdə sovet liderlərinin korrupsiyaya, rüşvətxorluğa qarşı öz mübarizə metodları olub. Dövlət əmlakının mənimsənilməsi, yüksək vəzifəli şəxslərin rüşvət alması, xüsusilə ticarət sahəsindəki yeyintilərə qarşı mübarizə Kremldə ciddi məsələ sayılıb və böyük narahatlığa səbəb olub. Məsələyə bu şəkildə ciddi yanaşma və yaranan narahatlıq isə öz növbəsində bir daha sübut edir ki, yarandığı vaxtdan süqut etdiyi günə qədər SSRİ-də korrupsiya olub. Və bunu nə qədər gizlətməyə cəhd etsələr

Özbəkistanın kultura.uz portalında Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı Leyla Bədirbəyli haqqında yazı dərc olunub. Dalidag.az xəbər verir ki, görkəmli aktrisanın 100 illiyi ilə bağlı verilən məqalədə onun uşaqlıq və gənclik illəri haqqında söhbət açılır, əvvəllər rəqs dərnəyində çalışdığı bildirilir. Qeyd olunur ki, Leyla Bədirbəyli iki filmdə epizodik rolda oynadıqdan sonra 1940-cı illərin əvvəllərində kinorejissor Hüseyn Seyidzadə onu “Ayna” filmində baş rola çəkir.

İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov daşınmaz əmlakın icbari sığortası ilə bağlı suallara aydınlıq gətirib. Dalidag.az xəbər verir ki, "İTV xəbər-Yekun"da məsələyə münasibət bildirən R.Əhmədov bildirib ki, dövlət qeydiyyatında olan evlərin siyahısının Dövlət Əmlak Komitəsindən İcbari Sığorta Bürosuna ötürülməsi üçün zəruri qanunvericilik aktı yoxdur: “Qanunvericilik əmlak məsələləri üzrə komitənin bizə məlumatı ötürməsini nəzərdə tutmayıb. Bu səbəbə görə də biz hələ ki,

Bir vaxtlar qürurla, fəxrlə öyündüyümüz, milyonların şəfa ocağı olan, dünyaca məşhur İstisu indi düşmənlərin yarasına məlhəm, dərdinə çarə olur. Dədə-baba torpaqlarımıza sahiblənmiş erməni vandalları İstisuda kef məclisləri qurur, eyni adlı sanatoriyada dincəlir və fəxrlə öz torpaqları kimi dünyaya təqdim edirlər. Sənin olanı qoruya bilməyəndə belə olur. Bizim kimi... Dalidag.az bildirir ki, Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası
Yazı axını
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024