Məlumdur ki, 9 fevral 2020- ci ildə Azərbaycanda Milli Məclisə deputat seçkiləri keçiriləcək. Bununla əlaqədar seçki qanunvericiliyinə əsasən deputatlığa namizədlərin təbliğat- təşviqat kampaniyası artıq geniş vüsət alıb. Namizədlər seçicilərlə görüşür, onların qayğı və problemləri ilə maraqlanır, seçicini inandırmağa çalışırlar. Seçici rəğbəti qazanmış namizədlərdən biri də 123 saylı Kəlbəcər Seçki Dairəsindən müstəqil namizəd, tanınmış vəkil Əziz Qənbərovdur."Kəlbəcər yolu" İctimai Birliyinin

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib. Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də vətəndaşların öz müraciət

M əmmədhüseynin kirvə oğlusu Qurtbasar kəndindən buna bir quzu sovqat göndərmişdi. Kəblə Məmmədhüseyn istədi quzunu kəsə, amma heyvanın belini əlləri ilə sığallayıb, bıçağı tulladı yerə və arvadına dedi ki: – Bir sümüknən bir dəridən savayı bir şey yoxdu. Arvadı məsləhət gördü ki, quzunu ötürsünlər bir neçə gün bağçada otlasın, əmələ gəlsin. Əri də razı oldu və quzunu itələyib saldı həyət bağçasına. Heyvan göy otu gördü, amma ağzını ota uzatmadı. Həmin vaxt qonşuluqda Əziz xanın evindən

Ötən il ölkəmiz üçün uğurla başa çatıb, qarşıya qoyulan bütün vəzifələr icra edilib, dayanıqlı inkişaf və sabitlik təmin olunub. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar xalqımız tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Sosial-iqtisadi inkişaf sürətinə görə ölkəmiz dünyada öncül mövqedədir. Dalidag.az -ın məlumatına görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən növbəti kollegiya iclasında bu barədə ətraflı

123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Məmmədov Aqil Sadiq oğlu növbəti təbliğat kompaniyasını Mingəçevir şəhəri və Yevlax rayon ərazisində davam etdirmişdir. Hər iki görüş öz möhtəşəmliyi ilə seçilmişdir. Beləki, Yeni Azərbaycan Partiyasının namizədinin təbliğat kompaniyası seçicilərin diqqət mərkəzində olmuş böyük seçici auditoriyası toplamışdır. Seçicilərlə görüşdən öncə deputatlığa namizəd hörmətli Aqil Məmmədov rayon ərazisində

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub. Dalidag.az xəbər verir ki, Müdafiə Nazirliyindən mətbuat xidmətinin verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Kəngərli, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər və
Yazı axını
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024