Reklam
Aqil Məmmədov bölgələrdə seçicilərlə görüşdü - Şəkillər
28-01-2020 10:17
Hər iki görüş öz möhtəşəmliyi ilə seçilmişdir. Beləki, Yeni Azərbaycan Partiyasının namizədinin təbliğat kompaniyası seçicilərin diqqət mərkəzində olmuş böyük seçici auditoriyası toplamışdır. Seçicilərlə görüşdən öncə deputatlığa namizəd hörmətli Aqil Məmmədov rayon ərazisində məskunlaşmış şəhid ailələrini ziyarət etmiş, onların dərdlərinə bir daha şərik çıxdığını bildirərək, şəhid valideyinlərindən xeyir-dua almışdır.Daha sonra seçicilərlə kütləvi görüşlər keçirilmişdir.
Görüşdə çıxış edən Aqil Məmmədov bir daha vurğuladı ki, seçkilərə Yeni Azərbaycan Partiyası Daha güclü Azərbaycan naminə şüarı ilə qoşulub. Bu seçkilərin ölkəmizdə mühüm siyasi bir hadisə olduğunu söyləyən Aqil Məmmədov seçkilərin şəfaf və demokratik keçməsi üçün hər bir seçicini sandıq başına səsləyərək, hər bir kəlbəcərlinin seçkilərdə fəal iştirak etməyə çağırıb. O bildirib ki, əgər seçiciləri seçkilərdə ona etimad göstərib səs verib Millət Vəkili seçəllərsə kəlbəcərlilərin Milli Məclisdə haqq səsi olacağını, daima onların yanında olub onlar üçün çalışacağını,onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosila rifahının yüksəldilməsi, ölkəmizin inkişafı üçün var gücü ilə xidmət edəcəyini qeyd etmişdir. Görüşdə iştirak edən sakinlər çıxış edərək, Parlament seçkilərində fəal iştirak edəcəklərini, birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini söz verdilər.
Dalidag.az






Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 28-01-2020 10:17
Baxış sayı: 4789Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























