Reklam
"Kəlbəcər yolu" İctimai Birliyindən Əziz Qənbərova dəstək
28-01-2020 20:40
Məlumdur ki, 9 fevral 2020- ci ildə Azərbaycanda Milli Məclisə deputat seçkiləri keçiriləcək. Bununla əlaqədar seçki qanunvericiliyinə əsasən deputatlığa namizədlərin təbliğat- təşviqat kampaniyası artıq geniş vüsət alıb. Namizədlər seçicilərlə görüşür, onların qayğı və problemləri ilə maraqlanır, seçicini inandırmağa çalışırlar. Seçici rəğbəti qazanmış namizədlərdən biri də 123 saylı Kəlbəcər Seçki Dairəsindən müstəqil namizəd, tanınmış vəkil Əziz Qənbərovdur."Kəlbəcər yolu" İctimai Birliyinin Ali Məclisinin sədri Vaqif İsmayıl da vəkili dəstəkləyənlər arasındadır. O bunun üçün çağırış edərək, seçiciləri Əziz Qənbərova səs verməyə çağırıb:"Bir kəlbəcərli olaraq namizədliyini irəli sürən həmyerlilərimə həyatda və KƏLBƏÇƏRİMİZ üçün faydalı fəaliyyətlərində uğurlar diləyirəm. Bir seçici olaraq hər birinizi 9 fevralda mütləq seçki məntəqəsinə gələrək ƏZİZ QƏNBƏROVa səs verməyə çağırıram. Niyə ƏZİZ QƏNBƏROV? O, peşəkar VƏKİL, savadlı HÜQUQŞUNAS və ictimai FƏALDIR. Niyə ƏZİZ QƏNBƏROV? O, hər hər zaman kəlbəcərlilərə təmənnasız hüquqi xidmət göstərib. (Bunu çoxsaylı kəlbəcərlilər təsdiq edər) Niyə ƏZİZ QƏNBƏROV? O, hər zaman dövlət və xalq mənafeyini şəxsi mənafeyindən üstün tutub ( 16 illik iş yoldaşları təsdiq edər) Niyə ƏZİZ QƏNBƏROV? O, hər yerdə və hər zaman həqiqəti deyən cəsarətli hüquqşunasdır.
ƏZİZ QƏNBƏROV NƏ VƏD EDİR?
1.QARABAĞIN, KƏLBƏCƏRİN və bütün işğal olunmuş ərazilərin azad olunmasına ;
2.QARABAĞ qazilərinin, şəhid ailələrinin layiq olduqları həyat şəraitinin təmin edilməsinə;
3.Aztəminatlı ailələrə dövlət qayğısının artırılmasına;
4.Əmək haqqı və müavinətlərin artırılmasını;
5.Pensiya yaşının azaldılmasına, pensiya məbləğinin artşrılmasına;
6.Kəsilmiş çörək pulularının və ləğv edilmiş digər imtiyazların bərpasına;
7.Keyfiyyətli və pulsuz səhiyyə xidmətinin təmin edilməsinə;
8.İşsizliyin azaldılmasına, gənclərimizin işlə təmin olunmasına;
9.Əhaliyə verilən kredit faiz dərəcələrinin ən azı yarıbayarı azaldılmasına;
10.Və uşaq pullarının bərpasına imkan verən qanunlar qəbul edilməsinə ciddi cəhdlə çalışacağını VƏD EDİR.
ƏZİZ KƏLBƏCƏRLİ seçicilər seçim anıdır! Özümüzə layiq namizədə- Əziz Qənbərovova- SƏS VERƏK! "
Dalidag.az

Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 28-01-2020 20:40
Baxış sayı: 31 768Yazı axını
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
16 / 01 / 2026
Ən çox oxunanlar







.jpg)




















