Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olan Azərbaycanın hərbi qulluqçusu dəfn edilib. Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Fərzəliyev Fərzalı Əlimövsüm oğlu doğulduğu Ucar rayonu, Alpı kəndində torpağa tapşırılıb. Şəhidin dəfn mərasimində DSX-nin zabitləri, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Allah rəhmət eləsin! Dalidag.az

1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1976), M.Qorki adına Ümumittifaq mükafatı laureatı (1978), şair Vaqif İbrahim 1945-ci il sentyabrın 30-da Şəki şəhərində doğulmuşdur. Burada orta təhsil aldıqdan sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə jurnalist kimi başlamışdır. Sumqayıt şəhər radio verilişləri redaksiyasında redaktor (1968-1970), məsul redaktor (1971-1975), Əli Kərim adına Sumqayıt

“20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb. İdarədən verilən məlumata görə, əmrə əsasən, yanvarın 17-də ümumi təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçiriləcək. Həmçinin ümumi təhsil məktəblərində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı mühazirə, seminar, xüsusi toplantı, “Dəyirmi masa” və konfransların təşkili nəzərdə tutulur. Bundan əlavə, 20

2020-ci ildə 4 Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq. Bu ilin ilk Ay tutulması yanvar ayının 10-dan 11-nə keçən gecə baş verəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq. Ay tutulması ilə bağlı xəbərlər insanlarda çox vaxt narahatlıq yaradır və təşvişə səbəb olur. Dalidag.az xəbər verir ki, məsələ ilə bağlı lent.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimini kobud su­rətdə pozmaqla növbəti dəfə təxribat törədiblər. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, 2020-ci il yanvarın 7-si saat 14:56 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzəli Əli­mür­səl oğlu şəhid olub. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik

Bu gün mərhum yazıçı Çingiz Ələkbərzadənin anım günüdür. Dalidag.az yazıçı haqqında maraqlı faktları təqdim edir: Çingiz Ələkbərzadə 1936-cı il oktyabrın 17-də Bakıda yazıçı Əbülhəsənin ailəsində anadan olub. ADU-nun filologiya fakültəsində təhsil alıb. İlk dəfə "Kökəlməyin sirri" hekayəsi ilə mətbuatda çıxış edib. Müğənni Sevda Ələkbərzadə və Elmira Ələkbərzadənin atasıdır. Musiqini, mahnı ifa etməyi çox sevirmiş, gözəl səsi olub. Ailəsində qurduğu məclislərin hamısında şeir və musiqilər ifa

Azərbaycanda yarımkeçiricilər fizikası sahəsində tanınmış alim, Dövlət Mükafatı laureatı, "Şöhrət" ordenli, Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri, akademik Bahadır Tağıyev vəfat edib. Dalidağ.az xəbər verir ki, B.Tağıyev bu gün 86 yaşında dünyasını dəyişib. Bahadır Tağıyev ilə vida mərasimi bu gün keçiriləcək. Mərasim bu gün saat 14.00-da Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında olacaq. Qeyd edək ki, Bahadır Hüseyn oğlu Tağıyev 1934-cü il martın

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi qeydə alınıb. Dalidag.az bildirir ki, bu barədə modern.az-a icra başçısı özü məlumat verib. A.Məmmədov imzatoplama kampaniyasında ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: "Bəzən işlərin çoxluğundan vətəndaşlarla şəxsən görüşə bilmirdim. Yeni Azərbaycan Partiyası tərəfindən müəyyənləşdirilmiş

Qara Bəhmənin zəhmi, fəhmi-fərasəti, nüfuzu, qətiyyəti, hörməti, səmimiyyəti və keçdiyi şərəfli yol Hörmət və ehtiram ünvanlı şəxsiyyətlər məkanı KƏLBƏCƏR Müdrik bir deyim var: “Adam var evdən gedər, adam var eldən”. Amma, hər dünyasını dəyişən eldən yox, evdən gedir. Eldən getməyin özündə bir əbədiyaşarlıq var. Zamanın sərt döngələrində büdrəməyənlər fani dünyanı dəyişəndə hamı heyfsilənir, itkinin dağdan ağır olduğunun fərqinə onda varır. Kəlbəcərimizin zəhmi, dəyanəti, qüruru ilə seçilən

Bu gün görkəmli şair Mikayıl Müşfiqin anım günüdür. Repressiya qurbanı olan şair 1938-ci il yanvarın 6-da güllələnib. Dalidag.az tədqiqatçı Aslan Kənanın "XX əsrdə repressiyaya məruz qalanlar" kitabından Mikayıl Müşfiq haqqında yazısını təqdim edir: Yazıçılar İttifaqının plenumunda, dövri mətbuatda M.Müşfiqə qarşı kəskin, qərəzli, hətta ifrat dərəcədə sərt tənqidlər təşkil olunurdu. Bu tənqidlər bəzən təhqirlərə də keçirdi. Haqsız hücumlara məruz qalan safqəlbli, genişürəkli, fitri istedad
Yazı axını