Reklam
Deputatlığa namizəd olan icra başçısı məzuniyyətə çıxır
06-01-2020 20:05

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi qeydə alınıb.
Dalidag.az bildirir ki, bu barədə modern.az-a icra başçısı özü məlumat verib.
A.Məmmədov imzatoplama kampaniyasında ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: "Bəzən işlərin çoxluğundan vətəndaşlarla şəxsən görüşə bilmirdim. Yeni Azərbaycan Partiyası tərəfindən müəyyənləşdirilmiş şəxslər bu işdə aktiv fəaliyyət göstərdilər. Bizim yaşadığımız ərazidə də oldular. El ağsaqalları öz xeyir-duasını da verdi. Hamımız üçün uğurlu olsun inşallah”.
İcra başçısı qeyd edib ki, yanvarın 7-dən etibarən məzuniyyətə çıxacaq: "Sabahdan etibarən öz hesabıma məzuniyyətə çıxıram. Bu müddətdə icra başçısı səlahiyyətlərini birinci müavin Eldəniz Mehtiyev icra edəcək”.
Kateqoriya: Kəlbəcər
Tarix: 06-01-2020 20:05
Baxış sayı: 4980Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























