Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş var. Dalidag.az xəbər verir ki, jurnalist Əvəz Zeynallı Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli ilə birlikdə hüquq müdafiəçisini ziyarət edib. "Bu gün İstanbulda yaşayan dostumuz Aqil Səmədbəyli ilə birlikdə hüquq müdafiəçisi Oqtay Gülalıyevi ziyarət etdik. Çox nikbin ayrıldıq. Uzun-uzun saz musiqisi dinlətdik Oqtaya. Bizi hiss elədi,

Bu gün xalq şairi Osman Sarıvəllinin (1905-1990) doğum günüdür. Dalidag.az kult.az-a istinadən Osman Sarıvəlli ilə bağlı 7 faktı təqdim edir. 1. Osman Sarıvəllinin xalq şairi, dostu Səməd Vurğuna böyük sevgisi olub. Hər zaman onu xatırlayar, haqqında həsrətlə danışardı. 2. Səməd Vurğunu qardaşı kimi sevsə də, onun haqqında hazırlanmış "Qalacaqdır dünyada" adlı xatirələr toplusunda yazısı çap olunmayıb. Səbəbini soruşanda deyib ki, o kitabda elə müəlliflər xatirə çap elətdiriblər ki, onlar

"...Ha səslən, dağılmaz əbədi yuxum, Burnunun ucunu göynədər qoxum. Çarpaz dağlar çəkər sənə yoxluğum, Çiləyər yarana duzu nə vaxtsa..." Dalidag.az görkəmli şair Şahmar Əkbərzadənin şeirlərini təqdim edir: ÜŞÜDÜ Sənsiz salamımı almadı dağlar, Həmdəmim, həyanım olmadı dağlar, Elə köks ötürdü gülgəz yaylaqlar Yamaclar üşüdü, qaşlar üşüdü. Məni sənsiz görüb süsən saraldı, Nərgiz pörşələndi, lalə qaraldı, Göyü bulud basdı, yeri qar aldı, Dərələr ah çəkdi, döşlər üşüdü. Məni sənsiz görüb ürpəşdi

Türkiyənin Mədəniyyət və Turizm nazirliyi və Dünya Basın Mensupları Dərnəyinin hər il birgə həyata keçirdiyi "Türkiyənin İlin "Ən"ləri" mükafatı bu il də təqdim olunub. Dalidag.az xəbər verir ki, İstanbulun Çırağan sarayında keçirilən "İlin Ən"ləri mükafatına ilk dəfə azərbaycanlı şair yazar Elçin Aslangil layiq görülüb. Mükafat alanlar arasında bir çox məhşur simalar, tanınmış TV aparıcılardan Müge Anlı, Məhşur türkiyəli aktyor Bülənt İnal da olub.kult.az Dalidag.az

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd,

Arxeoloqlar firon Ramzesin heykəlinin ikinci hissəsini Gizadakı qədim Misir tanrısı Ptaxın məbədi yaxınlığında tapıb. Dalidag.az bildirir ki, Qədim Misir Tarixi Əsərləri Ali Şurasının baş katibi Mustafa Vəziri açıqlama verib. O, bunun Ramzesin çəhrayı qranitdən hazırlanmış heykəlinin aşkar olunan ikinci hissəsi olduğunu bildirib. Heykəlin aşkar edilmiş hissəsinin hündürlüyü 105 santimetr, eni 55 santimetrdir. Fironun heykəli şəxsi ərazidə tapılıb, ərazinin sahibi gizli qazıntı işləri aparsa da,

Şair, yazıçı, tənqidçi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, 1986-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İlin ən yaxşı kitabı”, “Vətən”, “Qızıl qələm”, “Araz” və s. mükafatların laureatı Rafiq Yusifoğlu 1950-ci il yanvar ayının 2-də Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində doğulmuşdur. Burada səkkizillik məktəbi, Qubadlı qəsəbə orta məktəbində onillik məktəbi bitirmişdir (1966). Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində

Birləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən MBC televiziyasının efirində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın falına baxılıb. Dalidag.az xəbər verir ki, misirli jurnalist Amr Adebin təqdim etdiyi proqramda Ərdoğan üçün pis proqnozlar səsləndirilib. Falçı qadının iddialarına görə, 2020-ci il Türkiyə prezidenti üçün yaxşı başlayacaq. Lakin ilin sonunda Ərdoğan xoşagəlməz hadisələrlə üzləşəcək. Qeyd edək ki, MBC televiziyası Səudiyyə Ərəbistanına məxsusdur. Telekanalı Türkiyəyə qarşı

Dalidag.az Günel Natiqin hekayəsini təqdim edir: SƏSLƏ MƏNİ ( Dostum R-ə ithaf edirəm. ) -Humay?.. Harda olsam, səs verirəm: -Hə... Və susub salam verməsini, söhbətə başlamasını gözləyirəm. İllərdir ki, buna vərdiş etmişik. Yəni sağlığımda belə idi. Sağlığımda qəribə vərdişlərim vardı. Yəqin ki, öləndən sonra başqa vərdişlərə yiyələnməli olacam. Amma dostum öldüyümdən xəbərsizdi. Çünki öləcəyimə ən son o inanır. “Sən yaşayacaqsan”, deyir. Nazim Hikmət kimi- “Yaşamaq ciddi bir işdi”. Dostum elə

Tez-tez bu sözləri eşidirik: "Zaman su kimi axır..." Bu ifadəni eşidəndə özümüzü sonsuz sayda var olan su zərrələrindən biri kimi hiss etməyimiz də az olmayıb. Sonra da oturub fikirləşirik ki, həyat davam edir. Bir gün də eşitdiklərimiz, gördüklərimiz bizi təəccübləndirir. Anlayırıq ki, bizim həyat nizamı dediyimiz çərçivədən kənarda da yaşayanlar var. Redaktor.az bu videoda sizi qeyri-adi həyat yaşayan insanlarla tanış edəcək: Dalidag.az
Yazı axını