“Bu Mövlanın sirridi; Yer diləyər, Göy verər” Hörmətli oxucular, Cabir Umud yaradıcılığına başlamazdan əvvəl onu da deyim ki, mən Klassiklərimizdən üzü bu günə kimi kəlbəcərli şairlərimizin çoxunu öz aləmimdə filosof şair adlandırmışam. Şair Ağdabanlı Qurban, Dədə Şəmşir, Ənvər Rza, Məmməd Aslan, Sücaət, Adil Cəmil, Bəhmən Vətənoğlu, Nəsib Nəbioğlu, Aşıq Allahverdi Qəmke, Qara Ələsgərov, Əbülfət Sarıoğlu, Əlövsət Saldaş, Məhəbbət Kəlbəcərli, Elşən Əzim, Xəqani Həbiboğlu və adını çəkmədiyim

Görkəmli rus tənqidçisi V.Q.Belinski məqalələrinin birində yazır ki, "həqiqətdən qorxmağın adı yoxdur, üz-gözünü turşudub yalan və fantastik rəngləri həqiqət kimi qəbul etməkdənsə, həqiqətin gözünün içinə dik baxmaq daha yaxşıdır. Yalnız qorxaq və zəif beyinlər şübhə və tədqiq edib öyrənməkdən hürkərək geri çəkilirlər". Bu sitatı gətirməyimə səbəb yazıçı Əli bəy Azərinin "BİZİ UMUDSUZ QOYMA" toplusundakı hekayələrlə tanışlıq oldu. Hekayə həcm etibarı ilə nəsrin kiçik növüdür. Burada hadisələrin

Qızımla Tverdən qovğadan qayıdıram. Həddən artıq gərginəm. Körpəmin - "mənim generalım" çağırdığımın genetikadan alnına yazılmışları oxuyuram: məndən, anasından yana haqq etdiklərini danışıram, etiraf edirəm Məzahir əmiyə. Babasından, nənəsindən ancaq "xoşbəxtlik mükafatı" var alnında. Əmisindən, dayısından, bibisindən, yox, bibisi yoxdur, xalasından da həmçinin: "sevgi". Fəqət... Başım bundan o yana işləmir. Nə qədər özümü bəsirətli saysam da, oxuya bilmirəm 5 dil bilən, tarixçi-alim, artıq

İlahi hər kəsə çəkə biləcəyi qədər çəkidə verir hər şeyi. Ömrü də, sözü də, lap elə lap dərdi də... ...Fəqət, ömrü zamanın məhbəsində tutuqlu olan, əşarının dili aləmlərə dürüstlük himni söyləyən, milli hissi özünə bağlılıq olan və ömrün cismani uzunluğunun məzara qədər olduğunu hər dəm bildirən insanlara Allahü-təala müqəddəs bildiyimiz dərdli sözü daha bol verir. Çünki bu sözü bol verdiyi seçilənlər kainatın ruhu dediyimiz şairlərdi. Ruhun mahiyyəti yoxluqdur ki, bu yoxluğun da meyvəsi

Nizami Cəfərov Türk ədəbiyyatının tarixi, mövcud ənənəyə görə, türklərin bir etnos olaraq formalaşdıqları təxmin edilən e.ə. III minillikdən başlayır. Və bu tarixin qədim dövrü eramızın I minilliyinin sonu, II minilliyinin əvvəllərinə qədər davam edir. Bugünkü türkologiyada qədim türk ədəbiyyatının XII- XIII əsrlərə aid türkdilli mənbələri (məsələn, Yusif Balasaqunlunun "Qutadqu bilik"i, Əhməd Yəsəvinin "Divani- hikmət"i, Əhməd Yüqnəkinin "Atibətül- həqaiq"i və s.) də ehtiva etməsi fikri (və

Mənim on yaşım var idi. Məktəbdə oxu dərsində bir şeir keçmişdik. Deyəsən, adı belə idi - "Şpekbaxerin oğlu". Şeir müharibə vaxtı giliz toplayan bir balaca qəhrəman oğlan haqqında idi. Biz heyran olmuşduq. Səsində qəribə istehza olan müəllim bizdən şeir haqqında rəy soruşanda bəyəndiyimizi söylədik. O isə gülümsəyərək başını yellədib dedi: "Xeyr, uşaqlar, bu pis və zəif şeirdi". Müəllimimiz haqlı idi. Şeir bizim dövrün zövqünə və ədəbiyyatına görə yaxşı deyildi, saxta, mənasız və maraqsız idi.

(Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Ömər bəy Şirvani...) Rütbə - çin məsələsi XIX əsr Azərbaycan mədəniyyətində "ədəbiyyat-həyat" problemidir. Rütbə nə dərəcədə ədiblərimizin yaşam və yazı üslubunu müəyyənləşdirib? Görəsən, onlara hansı yol sərfəli idi: poqonlu, ordenli-medallı mundirlər geyinmək, yoxsa qələmilə sözə xidmət etmək? Məsələn, M.F.Axundzadə hərbi rütbəsini, məmurluq xidmətini "Təmsilat" müəllifi olmaqdan üstün tuturdu, ya da yazıçılığını,
Yazı axını