Reklam
Bəhmən Dəlidağlı poeziyası- Yusif Hüseyn yazır
20-10-2019 12:01
QÜRBƏTİN HƏSRƏT NƏĞMƏLƏRİ..
Salam ana dağlar, salam yurd yeri,
Oylaqlar yerində dururmu görən?!
Evcik qurub oynadığım yamaclar,
Çaylaqlar yerində dururmu görən?!
Yadıma düşübdür sevdiyim o qız,
Kaş yene gözləyib olaydım yalqız.
Bir yanı bənövşə, bir yanı yarpız,
Bulaqlar yerində dururmu görən?!
Həmin Dəlidağlı deyiləm, neylim,
Məcnunam, aralı düşübdür leylim
Bir ovuc köhnə qar istədi meylim,
Yaylaqlar yerində dururmu görən?!
Bəhmən Dəlidağlı..
Əziz oxucular! Mən ömrümün yarısını Kəlbəcər poeziyasını təbliğinə və araşdırmasına xərcləmişəm desəm,elə bilirəm ki, məni tanıyanlar da bunu təsdiq edər.Hələ klassiklərdən üzü bəri könüllər oxşayan, ürəklərə yol tapan Kəlbəcər poeziyası olub, yaşayır və yaşayacaqdır. Həmişə dediyim bir fikrimi də bir daha burada demək yerinə düşərdi...
Kəlbəcər poeziyası ayrıca olaraq Azərbaycan poeziyasının tərkib hissəsi olmaqla, onun barlı-bərəkətli bağbağçalarının, güllü-çiçəkli çəmənliklərinin, zirvəsi qarlı dağlarının, buz bulaqlarının, Tərtər və Tutqu kimi çaylarının hay-harayıdır desən daha düz olar.
Kəlbəcər poeziyasında Dədə Şəmşir qürdəti, Bəhmən Vətənoğlu fəlsəfəsinin səmimiyyəti, Sücaət poeziyasının dərd-ələmi, Ənvər Rzanın vətənə, elinə-obasına olan tükənməz məhəbbəti, Məmməd Aslanın söz dünyasının möhtəşəmliyi yaşayır və yaşayacaqdır.
Onu da deyim ki, zamanı gəldikcə hər bir Kəlbəcərli şair öz mənafeyini güdənlərdən kimlərinsə tədqiqat mənbəyinə çevriləcəkdir.. Nə olsun ki, sağlığında heç biri öz halal haqqını ala bilmədi. Neçə xalq şairləri tanıyıram ki, bir şeiri belə məclislərdə oxunmur. Bu gün isə Uzaq Tundura meşələrindən ucalan bir poeziyanı sizlərə təqdim edirəm.
BƏHMƏN DƏLİDAĞLI.O da öz ailəsini dolandırmaq üçün Sibirə üz tutdu..Nə yazıq ki, çoxlarımız kimi ona da iş vermədilər..Bir belə haqsızlığa yəqin ki, sizdə biganə qalmayacaqsınız.Amma o yazır, yaradır.Harda olmağından asılı olmayaraq Kəlbəcərimizin ağrı-acılarını tərənnüm etməkdən yorulmur.
Tərcümeyi halından qısa sətirlər:
Baxşalıyev Bəhmən Bağban oğlu. 1964 cü ildə Kəlbəcər rayonunun Şahkərəm kəndində anadan olubdur.
Ali təhsillidir. Daşkənd Mədəniyyət və İncəsənət institutunu bitirib. "Dağlar mənim taleyimdir" və " Bu da belə dünyadır " kitablarının müəllifidir.
Yenə də birlikdə şairin bir şeirinə nəzər salaq:
Daglar, mən xəstəyə bir az qar göndər...
Dərdimin davası səndə qalıbdı..
Könlüm körpə kimi kiriyə bilmir..
Amamın laylası səndə qalıbdı....
Gəlim güneyində daşına dönüm..
Aglar gözlərinin yaşına dönüm
Məni də yada sal, başına dönüm..
Ömrümün mənası səndə qalıbdı..
Adım Dəlidağlı, elim Kəlbəcər..
Sən könül hicranı, mən sinədəftər
Yadlar qucagında yatan bəxtəvər..
Bəhmənin yuvası səndə qalıbdı....
“Anam dağlar, səndə içdiyim suyu, uddugum havanı, sənə qovuşmayınca mənə halal eləmə, mənim dogma KƏLBƏCƏRİM” deyən Bəhmən Dəlidağlının yurd-yuva həsrətini hər beytindən duymaq olar.
Klassik ənənələrə bağlı yaradıcılığı hər bir şeirində görünür, bu “qürbətkeş” el şairinin. Onun özünəməxsuz halal bir poeziyası var. Gəraylıları, qoşmaları, təcnisləri poeziya sevərlərin könlündə özünə yer tapmış,ürəklərdə məskən salmışdır”. Şairin bir gəraylısına da birlikdə nəzər salaq. Bu gəraylı Rusiya meşələrindən, Tundradan haray salan, ağrılı-acılı bir həsrət nəğməsidir:
Gecikmisəm, ta gõzləmə,
Gecdir innən belə, daglar.
Məni döyən yagislarin
Birdə dùşməz ələ, daglar.
Yazdim, sendə sözum qaldi
Getdim, gənclik izim qaldi.
Yurd yerində gôzùm qaldi
Dərdim dùşdu dilə, daglar.
Qayitmaga yolum bagli
Kõnlùm dolu, sinəm dagli;
Ağlar qalıb Dəlidaglı,
Mələ daglar, mələ daglar..
İnsafən elə bil hər birimizin dərdini duyub, ürək ağrılarımızı dilə gətirib bu el şairi. Bəhmən Dəlidağlı tək bircə bənd şeirində böyük fəlsəfi deyimləri yaşada bilir:
Bir vaxt başımızda papaq varıydı.
Düşdü başımızdan, papaq da getdi..
Babalar dediyi “sən öl” kəlməsi,
Nənələr tutdugu “yaşmaq” da getdi.
Bəli, nə qədər ki, doğma yurd yerlərimizi qaytarıb, öz bayraqlarımızı o dağlarda sancmasaq bu həqiqətən də belədir. Hər bir şairin poeziya aləmindən yaşadığımız ağrı-acılı dünyaya baxışı bir cür olur. Bəhmən Dəlidağlı da öz könül çırpıntıları ilə bizim yaşadığımız dünyanı belə tərənnüm edir:
Əli boş gələnlər əli boş getdi.
Heç kimə qalmadi varı, dünyanin.
Havası başqadir, kökü başqadir.
Sən çalan tar deyil tarı, dünyanin.
Bir yanı vusaldir, bir yanı fəraq.
Bir yani zűlmətdir, bir yani çıraq..
Yorgani asiman, dőşəyi torpaq.
Gőylərdir, yerlərdir yarı, dűnyanin..
Gəzir Dəlidaglı qəlbində qübar..
Çünki bu gərdişə yoxdur etibar..
Gələn dəmleri var , gedən köçü var..
Bu qoca dünyanın, qarı dünyanın.
Şairin məhəbbət şeirlərində də özünə məxsuzluğu aydın görünür.O öz sanballı və tutarlı deyimləri ilə kimlərisə yamsılamır.Öz könül çırpıntılarının tərənnümüdür:
Allah, bu gözəlin gözlərinə bax,
Nə gözəl maraldı, nə gözəldi bu?!
Düşmüşəm məhəbbət əfsununa mən,
Nə gözəl vüsaldı, nə gözəldi bu?!
Elə bil eşqimin ulduzu yandı...
Eşqim puç olmasın, Allah amandı...
Nə gözəl zamandı, nə gözəl andı,
Nə gözəl xəyaldı, nə gözəldi bu?!
Qoyma Dəlidağlı çəksin ahu-zar,
Sən bir el gözəli, mən bir sənətkar.
Neçəki, gözəl var, gözəl söz də var...
Nə gözəl amaldı, nə gözəldi bu?!
Amma nədən danışsa, nədən yazsa yenə də doğma yurd yerlərinin ağrı-acı dolu həsrət nəğmələri oxuyur. Bəhmən Dəlidağlı:
Bir vűsal eşqine verdim illeri
Hesrətin qoynunda qaldim, nə qaldim...
Günəşli dünyamı buludlar aldį..
Zūlmətin qoynunda qaldım, ne qaldım..
Illər yapaq kimi tőküldü, getdi..
Őmūr karvan kimi çekildi, getdi.
Sevincim derdime būküldü, getdi.
Zillətin qoynunda qaldım nə qaldım..
Aglar Dəlidaglı dil deyə- deyə..
Çagırram bəxtimi “gəl”, deyə-deyə.
Vətən deyə-deyə, el deyə-deyə..
Qürbətin qoynunda qaldım, nə qaldım.
Bəhmən Dəlidağlı poeziyası haqqında nə qədər desən xoş sözlər yazmaq olar. Amma yenə də deyirəm.Hər şey öz qədərində daha gözəl olar.Yenə də “qürbətkeş” el şairimizin bir qoşması ilə bu yazıma da sonluq verirəm:
Qürbət eldə mən bir õmur xərclədim.
Sənsiz õtdu aylar –iller, a dağlar.
Deyirsənmi menim şair balam oyy?
Ana deyir günde dillər, a dağlar..
Novlu bulaq" sərin sərin axirmi.?
" Haça qaya" yollarima baxirmi.?
Axsam ,səhər ildirimlar caxirmi.?
Cağlayirmi yenə sellər, a dağlar..?
Siz əbədi, i Dəlidagli əmanət.
Həsrətinəm, həsrətimdə sən həsrət .
Ya göruşək, göruşməyək ,ya qismət .
Haraylıdı koçkün ellər, a gağlar..
Bəli, şair! Elə hər birimiz yağı tapdağında inildəyən yurd yerlərimizi haraylayırıq. İnşallah Haqq-ədalət öz yerini tutar. Səsini doğma dağlardan eşidərik. Allah özü inşallah yolumuzu açar. Öz beytində dediyin kimi:
Aşıq qurban olum bir qaytarma çal
Məni məndən küsən dağlara qaytar
İllərdir könlümdə yığığlıb qalan
Könlümü o şirin çağlara qaytar..
Amin!Şair bu elə hər birimizin müqəddəs arzusudur. İnşallah qayıdarıq.Sənə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Hörmətli oxucular, bu yazımı da şairin özündən xəbərsiz yazmışam. Vaxt ayırıb oxuduğunuz üçün təşəkkür edirəm.
***

Sən könül hicranı, mən sinədəftər..
Yadlar qucagında yatan bəxtəvər..
Bəhmənin yuvası səndə qalıbdı
Bəhmən Dəlidağlı
Yusif Hüseyn, şair-publisist,
“Qızıl Qələm” mükafatı laureatı
Dalidag.az

Kateqoriya: Karusel / Tənqid-fikir
Tarix: 20-10-2019 12:01
Baxış sayı: 31 201
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02