Reklam

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur. Dalidag.az -ın xəbərinə görə, ilin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanıb. Od çərşənbəsinin mahiyyətində odun qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur. Novruz bayramı ərəfəsində keçirilən od çərşənbəsi insanın yaradılış

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamana səfər edib. Dalidag.az xəbər verir ki, o, burada köhnə maşını ilə Türkiyəyə yardım daşıyan azərbaycanlı Sərvər Bəşirli ilə də görüşüb. Qeyd edək ki, Sərvər Bəşirli bir neçə gün əvvəl zəlzələ bölgəsinə yollanaraq yardımla bağlı işlərdə iştirak edir.

Ermənilər ABŞ-da Xocalı soyqırımının 31-ci ildönümündə Azərbaycan səfirliyinin qarşısında təxribata əl atıblar. Bu barədə Azərbaycanın ABŞ-dkı səfiri Xəzər İbrahim Tvitterdə yazıb. “Ermənilər məhz bu gün Vaşinqtondakı səfirliyimizin qarşısında Xocalı soyqırımı zamanı müdafiəsiz azərbaycanlı uşaq, qadın və qocaların vəhşicəsinə öldürülməsini mahnılarla alqışlayırlar. Bu necə bir zehniyyətdir?!”, - diplomat qeyd edib.

Bu gün keçmiş Daxili İşlər Naziri, general leytenant İsgəndər Həmidovun anım günüdür. Dalidag.az xəbər verir ki, Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri olan İ.Həmidovun ölümündən 3 il ötür. Xatırladaq ki, əslən Kəlbəcərdən olan sabiq nazir 26 fevral 2020-ci ildə ağır xəstəlikdən vəfat edib. O Sulutəpə qəsəbəsində yerləşən Çiçək yaşayış sahəsinin qəbiristanlığında mərhum həyat yoldaşının məzarı yanında dəfn olunub. Allah rəhmət eləsin! Dalidag.az

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 44 374 nəfərə çatıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib. Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 7 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan,

Bakıda intihar hadisəsi olub. Dalidag.az -ın məlumatına görə, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. 57 yaşlı Sadıqov Mahir Hüseynqulu oğlu benzin tökərək özünü yandırıb. O, ağır yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. M. Sadıqovun hansı səbəbdən özünü öldürməsi hələlik bilinmir. Faktla bağlı araşdırma aparılır.

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Gündüz Nəzərzadənin atası onun vəfatından danışıb. Daĺidag.az xəbər verir ki, “Astar” “YouTube” kanalı Gündüz barədə süjet hazırlayıb.

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, plana uyğun olaraq helikopterlər bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edib. Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 06:25-də Saatlı stansiyasından 20 kilometr şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələnin ocağı 52 kilometr dərinlikdə yerləşib. Maqnitudası 3,6-ya bərabər olan zəlzələ episentrdə hiss olunmayıb. Dalidag.az

Eldar Həsənov Üç məşhur dustağın adı əfv siyahısında... “Biz istəyirik ki, Heydər Əliyevin 100 illiyi münasibətilə hazırlanmış əfv və amnistiya siyahısında bütün siyasi dustaqların adı olsun və onlar azadlığa qovuşsunlar”. Dalidag.az bildirir ki, bu sözləri globalinfo.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. O bildirib ki, xəstəliyi olan dustaqlar mütləq azad olunmalıdırlar: “Bloger, jurnalistlər, siyasi partiya üzvləri, ağır xəstəliyi olan şəxslər azad edilməlidirlər.
Yazı axını
25 / 09 / 2026
24 / 09 / 2026
22 / 09 / 2026
22 / 09 / 2026
21 / 09 / 2026
20 / 09 / 2026
19 / 09 / 2026
18 / 09 / 2026
18 / 09 / 2026
18 / 09 / 2026
17 / 09 / 2026
17 / 09 / 2026
16 / 09 / 2026
15 / 09 / 2026
15 / 09 / 2026
15 / 09 / 2026
Ən çox oxunanlar





























