Reklam
Bu gün Yel çərşənbəsidir
10-03-2020 10:30
Bu gün Azərbaycanda Novruz bayramından əvvəlki üçüncü çərşənbə - Yel çərşənbəsi qeyd olunur.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mifologiya şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımova report-a bildirib ki, buna el arasında "Külək oyadan çərşənbə” də deyirlər.O xatırladıb ki, yazın gəlişi havaların isinməsi ilə bağlıdır: "Yel çərşənbəsi də havaların isinməsindən ilkin xəbər verdiyinə görə belə adlanır. İnanca görə bu çərşənbədə qış əldən düşmüş vəziyyətdə köçünü sürür. Qar əriyir, suyun buzu sınır, torpaq canlanmağa başlayır. Gün ərzində əsən isti və soyuq küləklər yazın gəlişindən xəbər verir”.
Mütəxəssis vurğulayıb ki, Yel çərşənbəsinin də özünəməxsus adət-ənənəsi var: "Bunlardan biri də cıdır falıdır və bunu da kəndin oğlanları icra edir. Cavanlar cıdıra gedərək hansısa atı ürəklərində nişanlayıb niyyət tutarlar. Kimin işarələdiyi at birinci olarsa, onun niyyətinin yerinə yetəcəyinə inanılır. Yel kimi qaçan atan sahibini il ərzində bol ruzi gözləyər”.
S.Qasımova həmçinin əlavə edib ki, bəzi bölgələrdə həmin gün yaxınların məzarları ziyarət olunur, ruhlarına dualar oxunur, ərazidə təmizlik işləri aparılır.
Qeyd edək ki, Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.
Xatırladaq ki, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. Beləliklə, bu il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-da iş olmayacaq.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 10-03-2020 10:30
Baxış sayı: 4691Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























