Magistraturanın boş qalan plan yerlərinə qəbul elan edilir

24-08-2026 10:43
Magistraturanın boş qalan plan yerlərinə qəbul elan edilir
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün avqustun 24-dən 30-dək ixtisaslaşma seçimi elan edir.
Dalidag.az xəxər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ixtisaslaşma seçiminə magistraturaya 15 fevral, 17 may və 14 iyunda keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən magistrlər qəbuldan imtina etmiş sayılır və boş qalan yerlərin müsabiqəsinə buraxılmır.
Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 30 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər. Hər bir bakalavr 20-dək ixtisaslaşma kodunu seçə bilər.
Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.

Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 24-08-2026 10:43
Baxış sayı: 312
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını