Reklam
Ukraynada yaşayan azərbaycanlılara ciddi xəbərdarlıq
22-08-2026 15:45
Dalidag.az xəbər verir ki, bunu report-a açıqlamasında Kiyevdə azərbaycanlı vəkil Şəmsi Məhərrəmov bildirib.
O qeyd edib ki, bununla belə, Ukraynada hələ də qalma müddətini pozan və ya miqrasiya statusunu rəsmiləşdirməyən Azərbaycan vətəndaşları var:
"Hazırda bu məsələyə xüsusilə ciddi yanaşmaq lazımdır, çünki 22 may 2026-cı ildən Ukraynada Ukrayna Dövlət Miqrasiya Xidməti, Ukrayna Dövlət Sərhəd Xidməti, Ukrayna Milli Polisi, Ukrayna Təhlükəsizlik Xidməti və digər dövlət qurumlarının iştirakı ilə "Miqrant" ümumdövlət tədbirləri həyata keçirilir".
Ş.Məhərrəmov bildirib ki, Ukraynada yaşayan azərbaycanlılara qalma müddətlərini və sənədlərinin qüvvədə olub-olmadığını yoxlamağı tövsiyə edir:
"Həmvətənlərimiz miqrasiya statuslarına ciddi yanaşsınlar. Əgər qalma müddəti artıq pozulubsa və ya sənədlərlə bağlı problem varsa, bunun dövlət orqanları tərəfindən aşkar edilməsini gözləmək əvəzinə, mümkün qədər tez qanuni həll yollarını araşdırmaq lazımdır. Miqrasiya qanunvericiliyinin pozulması yalnız cərimə ilə deyil, müəyyən hallarda məcburi geri qaytarılma, ölkədən məcburi çıxarılma və Ukraynaya giriş qadağası ilə də nəticələnə bilər".
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 22-08-2026 15:45
Baxış sayı: 359Yazı axını
16 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
15 / 10 / 2026
14 / 10 / 2026
14 / 10 / 2026
13 / 10 / 2026
13 / 10 / 2026
12 / 10 / 2026
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
10 / 10 / 2026
09 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
Ən çox oxunanlar





























