Reklam
"Köçkün statusu"nun ləğvinə aydınlıq gətirildi
30-06-2026 13:00

“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Qanuna təklif olunan dəyişikliklər Milli Məclisin bugünki plenar iclasında üçüncü oxunuşda qəbul olundu. Sənədə əsasən, azad olunmuş ərazilərə köçürülən, dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilən və ya təklif olunan mənzildən imtina edən şəxslərin məcburi köçkün statusu ləğv edilir. Bununla yanaşı, onlar statusları ləğv olunduqdan sonra da 3 il müddətində sosial müdafiə tədbirləri ilə əhatə olunacaqlar.
Dalidag.azxəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
O deyib ki, hazırda keçmiş məcburi köçkünlər üçün hansı güzəştlər nəzərdə tutulubsa, onlar dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra 3 il müddətində həmin güzəştlərdən istifadə edə biləcəklər. Nazirlər Kabinetinin qaydalarına əsasən, məcburi köçkün statusu və müavinət almaq hüququ olan bir ailə üzvünə görə aylıq 60 manat məbləğində ödəniş həyata keçirilir. Eyni zamanda, keçmiş məcburi köçkün ailələrinin övladları dövlət universitetlərinə ödənişli əsaslarla qəbul olunduqda onların təhsil haqları dövlət tərəfindən qarşılanır. Bundan başqa, bir sıra rüsumlar üzrə də güzəştlər mövcuddur.
"Yeni dəyişikliklərə əsasən, həmin güzəştlər və sosial dəstək mexanizmləri mənzillə təmin olunduqdan sonra da üç il ərzində qüvvədə qalacaq.
Eyni zamanda, məsələn, keçmiş məcburi köçkün ailəsinin övladı universitetə daxil olan zaman güzəşt hüququna malikdirsə, onun təhsil müddəti 3 ildən artıq olsa belə, bu hüquq bütün təhsil dövrünü əhatə edəcək. Yəni tələbə universitetə qəbul olarkən güzəşt hüququna sahibdirsə, həmin hüquq onun bütün təhsil müddəti ərzində qüvvədə qalacaq.
Son dəyişikliklər dövlətin keçmiş məcburi köçkünlərə göstərdiyi sosial dəstəyin davamlı xarakter daşıdığını nümayiş etdirir. Bu addım onu göstərir ki, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıtdıqdan və dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra da müəyyən müddət ərzində sosial qayğı ilə əhatə olunacaqlar", - Vüqar Bayramov qeyd edib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 30-06-2026 13:00
Baxış sayı: 311Yazı axını
30 / 06 / 2026
30 / 06 / 2026
30 / 06 / 2026
30 / 06 / 2026
29 / 06 / 2026
29 / 06 / 2026
28 / 06 / 2026
28 / 06 / 2026
27 / 06 / 2026
27 / 06 / 2026
26 / 06 / 2026
26 / 06 / 2026
26 / 06 / 2026
26 / 06 / 2026
25 / 06 / 2026
25 / 06 / 2026
25 / 06 / 2026
24 / 06 / 2026
24 / 06 / 2026
24 / 06 / 2026
Ən çox oxunanlar





























