Reklam
Tramp NATO üzvlərinə ultimatum verdi
28-03-2026 15:51
ABŞ Prezidenti Donald Trampın komandası müdafiə xərclərini ÜDM-in 5%-inə çatdırmayan NATO ölkələrinə hərbi dəstək vermək niyyətində deyil.Dalidag.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Daily Telegraph" nəşri məlumat yayıb.
Buna görə həmin ölkələr alyansın qərarlarına qatılmaq imkanından məhrum ola, 5-ci maddədən yararlana bilməz.
ABŞ Almaniyadakı hərbçilərini geri çağırmağı nəzərdən keçirir. Ağ Ev bu addımı NATO tərəfdaşlarının Hörmüz boğazında gəmiçilik fəaliyyətinə donanma göndərməkdən imtina etməsi səbəbindən planlaşdırır. Plan hələ Brüsseldə rəsmi təqdim edilməyib və NATO-da yekdillik prinsipi səbəbindən fikir ayrılığı riski var.
"Gələcək xərclərə qatılmayan ölkələr səsvermə hüququndan məhrum olmalıdır. İspaniya və Böyük Britaniyaya davranışlarının yolverilməz olduğunu göstərmək lazımdır", - deyə xəbərdə qeyd olunur.
Ötən il Haaqada NATO üzvləri razılaşıblar ki, hərbi büdcələr 2035-ci ilə qədər ÜDM-in 5%-inə çatdırılsın, lakin İspaniya buna qarşıdır.
Birləşmiş Ştatlar və İsrailin İrana istiqamətlənmiş hərbi addımlarından sonra Vaşinqtonla Madrid arasındakı ziddiyyətlər bir qədər də kəskinləşib. İspaniya ilk olaraq bu cür əməliyyatları pisləyib. Ardınca isə krallıq ABŞ-nin İrana qarşı hücumlar zamanı onun ərazisindəki hərbi bazalardan faydalanmasına etiraz edib.
Trampın Böyük Britaniyadan narazı qalmasının səbəbi isə Londonun başlanğıcda İrana qarşı əməliyyatlar məqsədilə öz bazalarından istifadəyə razılıq verməməsi idi. Britaniyanın Baş naziri Kir Starmer yekunda hərbi hava bazalarının istifadəsinə şərait yaratsa da, hüquqi bazanın yoxluğunu səbəb gətirərək ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi zərbələrdə Londonun yer almayacağını xüsusi olaraq vurğulayıb.
Kateqoriya: Sosium
Tarix: 28-03-2026 15:51
Baxış sayı: 430Yazı axını
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
28 / 03 / 2026
Ən çox oxunanlar
10-04-2026 19:19





























