Rusiya qoşunları 2026-cı ilin yaz-yay mövsümü üçün planlaşdırılmış hücumu Ukraynanın Donetsk vilayətində yerləşən əsas müdafiə xətti – “qalalar zolağı”na qarşı başladıb.
Dalidag.az bildirir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri məlumat veriblər.
Hesabatda qeyd olunur ki, Rusiya qoşunları Liman istiqamətində quru əməliyyatlarına başlayaraq şimal-şərqdən Slavyansk şəhərinə doğru irəliləməyi hədəfləyir: “ Bu addım ehtimal ki, növbəti mərhələlərdə Slavyanska şərq və cənub-şərqdən hücum üçün şərait yaratmağa xidmət edir.”
Liman Slavyanska gedən yolda əsas dayaq məntəqəsi hesab olunur və həm Slavyanskın, həm də Kramatorskun ələ keçirilməsi üçün Rusiya qüvvələri üçün dayaq nöqtəsi rolunu oynaya bilər.
Analitiklər bildirirlər ki, Rusiya qoşunları eyni zamanda Kramatorsk və Konstantinovka istiqamətlərində də quru əməliyyatlarını gücləndirmək üçün şərait yaradır. Məqsəd “qalalar zolağı”na cənubdan hücum etməkdir.
Yəni sadə dildə desək: Rusiya yalnız bir istiqamətdən deyil, həm şimal-şərqdən (Liman tərəfdən), həm də cənubdan (Kramatorsk və Konstantinovka istiqamətlərindən) hücumu genişləndirməyə çalışır. Bu isə Ukraynanın əsas müdafiə xəttini bir neçə tərəfdən sıxışdırmaq strategiyasıdır.
Reklam
Rusiya iki istiqamətdən Donetsk vilayətinə hücum edir
22-03-2026 11:32

Kateqoriya: Sosium
Tarix: 22-03-2026 11:32
Baxış sayı: 417Yazı axını
25 / 03 / 2026
25 / 03 / 2026
24 / 03 / 2026
24 / 03 / 2026
23 / 03 / 2026
22 / 03 / 2026
21 / 03 / 2026
20 / 03 / 2026
19 / 03 / 2026
19 / 03 / 2026
18 / 03 / 2026
16 / 03 / 2026
16 / 03 / 2026
15 / 03 / 2026
14 / 03 / 2026
13 / 03 / 2026
13 / 03 / 2026
12 / 03 / 2026
11 / 03 / 2026
10 / 03 / 2026
08 / 03 / 2026
07 / 03 / 2026
06 / 03 / 2026
04 / 03 / 2026
27 / 02 / 2026
Ən çox oxunanlar
















.jpg)











