Dövlət İmtahan Mərkəzi tərəfindən martın 15-də XI sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.
Dalidag.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilir ki, 15 mart saat 15:30-da DİM-in "Youtube" kanalı (https://www.youtube.com/stateexamcenter) və "TikTok" hesabı (https://www.tiktok.com/@dim.gov.az) vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilinən açıq tipli test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
Yayım zamanı imtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları da təqdim olunacaq.
Şagirdlər onları maraqlandıran sualları canlı yayım zamanı şərh bölməsinə yaza bilərlər. Test tapşırıqları ilə bağlı müraciət olunarkən bölmə, fənn, variant və tapşırığın nömrəsi dəqiq göstərilməlidir.
Reklam
Buraxılış imtahanının keçiriləcəyi tarix açıqlandı
13-03-2026 10:45

Kateqoriya: Sosium
Tarix: 13-03-2026 10:45
Baxış sayı: 382Yazı axını
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
Ən çox oxunanlar





























