Reklam
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
12-03-2026 10:22

Şəhər naviqasiyasında müxtəlif seçimlərin mövcudluğu ümumilikdə müsbət hal hesab olunur. Çünki bütün nəqliyyat və xidmət qurumlarının əsas məqsədi sərnişinlərin məmnunluğunu təmin etməkdir.
Bu təkcə yeni, sürətli, komfortlu və təhlükəsiz avtobusların istifadəyə verilməsi ilə məhdudlaşmır.
Eyni zamanda marşrutların hansı istiqamətlər üzrə hərəkət etməsi, səfərlərin uzlaşdırılması, avtobusların gəlmə vaxtı və digər məlumatların sərnişinlər üçün əlçatan olması da böyük əhəmiyyət daşıyır.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bu baxımdan məlumatların həm mobil tətbiqlərdə, həm də dünyada geniş istifadə olunan xəritə platformalarına inteqrasiyası vacibdir:
"Belə olduqda vətəndaşların seçim imkanları genişlənir. Onlar istər mobil tətbiqlər, istərsə də "Google Maps" kimi platformalar vasitəsilə səfərlərini əvvəlcədən planlaşdıra, hansı marşrutun daha rahat olduğunu, nə qədər müddətə təyinat nöqtəsinə çatacağını və nəqliyyatın neçə dəqiqədən sonra gələcəyini asanlıqla öyrənə bilirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi "AYNA MaaS" tətbiqindəki məlumatları "Google Maps"ə inteqrasiya edib. Sevindirici haldır ki, bu, təkcə Bakı ilə məhdudlaşmır.
Gəncənin yenilənmiş avtobus marşrutları barədə məlumatı da "Google Maps"dənn əldə etmək mümkündür. Ümid edilir ki, növbəti mərhələlərdə Naxçıvan və digər şəhərlərdə də yenilənən avtobus parkları ilə yanaşı, bu cür rəqəmsal məlumatların inteqrasiyası daha da genişləndiriləcək.
Belə addımlar vətəndaşların səfərlərini əvvəlcədən planlaşdırmasına, şəhər daxilində daha rahat istiqamətlənməsinə və ictimai nəqliyyatdan daha səmərəli istifadə etməsinə mühüm töhfə verir", - deyə ekspert bildirib.
Kateqoriya: Sosium
Tarix: 12-03-2026 10:22
Baxış sayı: 3182Yazı axını
06 / 11 / 2026
05 / 11 / 2026
04 / 11 / 2026
04 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
02 / 11 / 2026
02 / 11 / 2026
01 / 11 / 2026
31 / 10 / 2026
30 / 10 / 2026
30 / 10 / 2026
29 / 10 / 2026
28 / 10 / 2026
27 / 10 / 2026
26 / 10 / 2026
25 / 10 / 2026
25 / 10 / 2026
24 / 10 / 2026
23 / 10 / 2026
23 / 10 / 2026
Ən çox oxunanlar





























