Tədqiqatçıların qiymətləndirməsinə görə, nüvə münaqişəsi baş verərsə, yalnız Avstraliya və Yeni Zelandiya sağ qala biləcək. Bu barədə xarici jurnalistlər nüvə apokalipsisi ssenariləri üzrə ekspert Enni Ceykobsona istinad edərək məlumat veriblər.
Dalidag.az xəbər verir ki, “The Daily Mirror” qəzetinin Ceykobsona istinadən yazdığına görə, baş verəcək “nüvə müharibəsi” şəraitində kənd təsərrüfatı istehsalını müəyyən dərəcədə qoruyub saxlaya biləcək yeganə ölkələr Avstraliya və Yeni Zelandiyadır.
Ekspert bildirib ki, sağ qalan əhali ərzaq uğrunda mübarizə aparmalı və yeraltı həyat tərzi sürməli olacaq.
O qeyd edib ki, Ayova kimi regionlarda (ABŞ-da yerləşən ştat) və Ukraynada yaxın on il ərzində uzunmüddətli qar örtüyü qalacaq və bu da kənd təsərrüfatının tənəzzülünə səbəb olacaq. Onun ehtimalına görə, aqrar sektorun geriləməsi isə öz növbəsində qaçılmaz olaraq insanların kütləvi şəkildə həlak olması ilə nəticələnə bilər.
Mütəxəssis məlumatların təhlili zamanı elmi nəşrlərə və hərbi analitiklərin qiymətləndirmələrinə əsaslanıb. O, 12 min nüvə başlığının kütləvi şəkildə buraxılması ssenarisini modelləşdirib və hesablamalara görə bunun qlobal miqyaslı planetar fəlakətlə nəticələnəcəyi qənaətinə gəlib.
Onun qiymətləndirməsinə görə, belə bir zərbədən təxminən 3 milyard insan sağ qala bilər, lakin onların sonrakı həyat şəraiti köklü şəkildə dəyişəcək və son dərəcə ağır olacaq.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Daha əvvəl — 21 iyunda İsrail İranın ən böyük nüvə tədqiqat mərkəzinin yerləşdiyi İsfahana zərbə endirib. Bu obyektlə yanaşı, ölkə ərazisində daha üç mühüm nüvə kompleksi də yerləşir.
Nüvə müharibəsi olarsa, yalnız 2 ölkə sağ çıxacaq
07-03-2026 18:59

Kateqoriya: Sosium
Tarix: 07-03-2026 18:59
Baxış sayı: 338Yazı axını
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
28 / 03 / 2026
28 / 03 / 2026
28 / 03 / 2026
27 / 03 / 2026
25 / 03 / 2026
25 / 03 / 2026
24 / 03 / 2026
24 / 03 / 2026
23 / 03 / 2026
22 / 03 / 2026
21 / 03 / 2026
20 / 03 / 2026
19 / 03 / 2026
19 / 03 / 2026
18 / 03 / 2026
16 / 03 / 2026
16 / 03 / 2026
15 / 03 / 2026
14 / 03 / 2026
Ən çox oxunanlar





























