Reklam
Qərbi Azərbaycan Xronikası: Qobustan arxeoloji tapıntıları erməni iddialarını təkzib edir - VİDEO
22-02-2026 09:30

Buraxılışda tarix elmləri doktoru, professor Nəcəf Müseyibli Qərbi Azərbaycanda qayaüstü təsvirlər, qədim dəfn adətləri və digər məsələlərdən danışıb.
Onun sözlərinə görə, Qobustan qayaüstü rəsmləri azərbaycanlıların etnogenez tarixini sübut edir: "Qayaüstü təsvirlər Azərbaycan xalqının köklərini göstərir, folklor motivləri ilə üst-üstə düşür. Qobustan və Gəmiqaya eyni mədəniyyətin izləridir və azərbaycanlıların daş yaddaşıdır. Qobustan arxeoloji tapıntıları erməni iddialarını təkzib edir. Naxçıvan arxeoloji qazıntıları regionun keçmişini yenidən yazır".
Ermənilərin qədim tarix iddialarının elmi baxımdan iflasa uğradığını söyləyən tarixçi deyib ki, ermənilər və gürcülər Xocalı-Gədəbəy mədəniyyətini gizlətmək istəyirlər.
N.Müseyibli Təzəkənd mədəniyyətinin necə Karmirberd adı ilə dəyişdirilməsinə, Qərbi Azərbaycanda qayaüstü təsvirlər və qədim dəfn adətlərinin nəyi sübut etməsinə aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 22-02-2026 09:30
Baxış sayı: 3117Yazı axını
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
07 / 05 / 2026
06 / 05 / 2026
05 / 05 / 2026
05 / 05 / 2026
05 / 05 / 2026
04 / 05 / 2026
04 / 05 / 2026
03 / 05 / 2026
02 / 05 / 2026
30 / 04 / 2026
29 / 04 / 2026
29 / 04 / 2026
28 / 04 / 2026
28 / 04 / 2026
27 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
Ən çox oxunanlar





























