Azərbaycan 4 məhkumu Ermənistana təhvil verib - ADLAR
14-01-2026 16:30
Dalidag.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, Gevorq Sujyan, David Davtyan, Vigen Euljekjyan və Vaqif Xaçatryan müvafiq Azərbaycan hakimiyyət orqanlarının nümayəndələri tərəfindən Həkəri körpüsü vasitəsilə Ermənistan rəsmilərinə təhvil verilib və hazırda Ermənistandadırlar.
Əlavə məlumat daha sonra veriləcək.
Xatırladaq ki, Vaqif Xaçaturyan Birinci Qarabağ Müharibəsi zamanı Meşəli kəndində törədilən soyqırımında iştirak etməkdə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç casusluğa görə təqsirli bilinərək hər biri 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Livan ermənisi Vigen Euljekyan isə 2020-ci ildə imzalanmış 10 noyabr tarixli bəyanatdan sonra Şuşada saxlanılmışdı. O, Azərbaycan ərazisinə qanunsuz daxil olmuş və ölkəmizin qanunvericiliyini pozan digər hərəkətlərə yol vermişdi. Vigen Euljekyan Azərbaycana qarşı müharibədə Ermənistan tərəfindən iştirak etmişdi.
Viqen Euljekyan 20 il müddətinə azadlıqdan məhrum edilib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 14-01-2026 16:30
Baxış sayı: 390Yazı axını
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
Ən çox oxunanlar






























