İranda hökumət əleyhinə aksiyalar artıq iki həftədir ki, davam edir və etiraz dalğası ölkənin çoxsaylı şəhərlərini əhatə edib. Baş verən qarşıdurmalar nəticəsində ölənlərin sayı 116 nəfərə yüksəlib.
Dalidag.az xəbər verir ki, bu barədə İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) açıqlama yayıb. Bildirilir ki, etirazların 14-cü günündə yaşanan toqquşmalar zamanı həlak olanlar arasında 37 təhlükəsizlik əməkdaşı və 4 tibb işçisi də yer alır. Məlumata əsasən, hadisələr zamanı bir prokuror da həyatını itirib.
HRANA-nın məlumatında qeyd olunur ki, indiyədək 2600-dən artıq şəxs müxtəlif dərəcəli xəsarətlər alıb, 2638 nəfər isə saxlanılıb. İran rəsmiləri isə etirazlar zamanı ölən və yaralananların ümumi sayı ilə bağlı hələ rəsmi statistika açıqlamayıb.
Xatırladaq ki, agentlik bir gün əvvəl etirazlar nəticəsində ölənlərin sayının 66 nəfər olduğunu bildirmişdi.
Qeyd edək ki, 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında dükan sahiblərinin təşəbbüsü ilə başlayan etiraz aksiyaları qısa müddət ərzində ölkənin digər bölgələrinə də yayılıb.
İranın "Tasnim" agentliyi yanvarın 7-də yayımladığı məlumatda etirazlar zamanı 568 polis əməkdaşının və 66 Bəsic üzvünün yaralandığını açıqlasa da, ümumi itkilərlə bağlı dəqiq rəqəmlər təqdim etməyib.
Yanvarın 8-də Tehranda etirazların daha da şiddətlənməsi fonunda bəzi qrupların avtobusları, təcili tibbi yardım maşınlarını, eləcə də 24 yaşayış evi, 25 məscid, 2 xəstəxana və 26 bankı yandırdığı, vandalizm halları törətdiyi bildirilib.
Baş verən hadisələrdən sonra İran hökuməti ölkə üzrə internetə çıxışı müvəqqəti olaraq məhdudlaşdırıb.
Reklam
İranda etirazlarda ölənlərin sayı 116 nəfərə çatdı
11-01-2026 11:24

Kateqoriya: Sosium
Tarix: 11-01-2026 11:24
Baxış sayı: 311Yazı axını
12 / 01 / 2026
11 / 01 / 2026
07 / 01 / 2026
07 / 01 / 2026
06 / 01 / 2026
06 / 01 / 2026
05 / 01 / 2026
04 / 01 / 2026
04 / 01 / 2026
03 / 01 / 2026
01 / 01 / 2026
31 / 12 / 2025
31 / 12 / 2025
28 / 12 / 2025
28 / 12 / 2025
27 / 12 / 2025
24 / 12 / 2025
24 / 12 / 2025
23 / 12 / 2025
23 / 12 / 2025
22 / 12 / 2025
22 / 12 / 2025
Ən çox oxunanlar





.jpg)






















