Reklam
Vətən müharibəsindən sonra 247 887 ha ərazi minalardan təmizlənib
23-12-2025 16:30
Bu barədə ANAMA-dan bildirilib.
Məlumata görə, beynəlxalq minatəmizləmə standartlarına əsasən ərazilərin minalardan təmizlənməsi prosesi 2 mərhələyə bölünür: minaların mənfi təsirinin aradan qaldırılması və minalardan tam təmizlənmə. İlkin mərhələ Böyük Qayıdış proqramı çərçivəsində müəyyən olunmuş prioritetlərə uyğun olaraq icra edilən minatəmizləmə layihələrini əhatə edir. Minaların mənfi təsirinin aradan qaldırılması mərhələsi təhlükəsiz bərpa quruculuq işlərinin icrasına və insanların təhlükəsiz və dayanıqlı yaşayışına uyğun şəraitin yaradılmasıdır. İkinci mərhələ isə keçmiş təmas xətti boyu ərazilər daxil olmaqla ərazilərin tam olaraq mina təhlükəsindən azad edilməsidir.
Həmçinin, qeyd olunub ki, məhz təhlükəsizliyin təmin edilməsi, baş verə biləcək mina hadisələrinin qarşısının alınması məqsədi ilə mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirkləndirilmiş ərazilərin müvəqqəti olaraqkonservasiya olunaraq çəpərlənməsi fəaliyyəti icra edilir.
Bildirilib ki, 40 255ədəd piyada əleyhinə mina, 22 969 ədəd tank əleyhinə mina və 172 995 ədəd partlamamış hərbi sursat olmaqla, ümumilikdə 236 219 ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 23-12-2025 16:30
Baxış sayı: 346Yazı axını
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
07 / 05 / 2026
06 / 05 / 2026
05 / 05 / 2026
05 / 05 / 2026
05 / 05 / 2026
04 / 05 / 2026
04 / 05 / 2026
03 / 05 / 2026
02 / 05 / 2026
30 / 04 / 2026
29 / 04 / 2026
29 / 04 / 2026
28 / 04 / 2026
28 / 04 / 2026
27 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
Ən çox oxunanlar






























