Reklam
Xankəndidə 3-cü Milli Şəhərsalma Forumu keçirildi
15-10-2025 16:14
Dalidag.az xəbər verir ki, açılış mərasimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirməsi ilə başlayıb.
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə diqqət çəkən dövlət başçısı Xankəndi şəhərində keçirilən 3-cü Azərbaycan Milli Şəhərsalma Forumunun, eləcə də gələn il Bakıda təşkil olunacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının təhlükəsiz, rahat və dayanıqlı şəhər mühitinin yaradılması yolunda mühüm addım olduğunu qeyd edib.
Sonra çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax NUFA3-ün qlobal şəhərsalma gündəliyinin həyata keçirilməsi və dayanıqlı şəhərlərin qurulması istiqamətində mühüm çoxtərəfli əməkdaşlıq fürsəti olduğunu, təkcə Azərbaycan üçün deyil, bütün region və dünya üçün strateji əhəmiyyət daşıdığını bildirib. İcraçı direktor, həmçinin 2026-cı il mayın 17-dən 22-dək ölkəmizin ev sahibliyi edəcəyi WUF13-ə hazırlıq proseslərində Azərbaycan hökumətinin fəaliyyətindən və dəstəyindən razılığını ifadə edib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev öz çıxışında 64 ölkədən 200-dən çox, cəmi 400-ə yaxın iştirakçının qatıldığı Milli Şəhərsalma Forumunun dayanıqlı şəhər inkişafı sahəsində təcrübə mübadiləsi üçün geniş imkanlar yaratdığını və Azərbaycanın urbanizasiya siyasətini beynəlxalq standartlara uyğunlaşdırmaq təşəbbüsü baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra tədbirdə BMT-nin Məskunlaşma Proqramı Assambleyasının Prezidenti, Malayziyanın Mənzil Tikintisi və Yerli özünüidarəetmə naziri Nqa Kor Minqin tədbir iştirakçılarına video müraciəti nümayiş olunub.
Açılışın sonunda Forum iştirakçıları bir araya gələrək xatirə fotosu çəkdiriblər.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 15-10-2025 16:14
Baxış sayı: 3219Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
Ən çox oxunanlar






























