2026-cı ilin sonunadək həm Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır.
Dalidag.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sədrinin müşaviri Arif Ağayev Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə sərnişindaşımanın başlanmasına həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, Qarabağda növbəti layihə Ağdam-Xankəndi dəmir yolunun tikintisi ilə bağlıdır.
"Bu il iyulun 3-də Prezident İlham Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. Xəttin layihələndirilməsi tamamlanıb. Həmçinin Əsgəran və Xocalı stansiyalarının konsept layihələri hazırlanır, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb. Qarabağla yanaşı, Şərqi-Zəngəzur iqtisadi regionunda da dəmiryol infrastrukturu bərpa edilir. Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84 faizi tikinti-quraşdırma işlərinin isə 67 faizi yekunlaşıb", - deyə sədrin müşaviri vurğulayıb.
Reklam
Ağdam-Xankəndi dəmir yolunun istifadəyə veriləcəyi tarix açıqlandı
26-09-2025 13:47

Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 26-09-2025 13:47
Baxış sayı: 3165Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar



























