Reklam
Hökumə Əliyevanın doğum günü qeyd olunur
08-08-2025 13:40
Samux rayonunun Alıuşağı kəndində Milli Qəhrəman Hökumə Əliyevanın doğum günü qeyd olunur.
Dalidag.az xəbər verir ki, tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, yaxınları, AZAL nümayəndələri, həmkarları və rəsmi şəxslər iştirak edirlər.
Qeyd edək ki, yaşasaydı, avqustun 8-də Hökümə Əliyevanın 34 yaşı tamam olacaqdı. Milli Qəhraman xanım əslən Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonunun işğalından sonra ailəsi ilə birlikdə Samux rayonunun Alıuşağı kəndində məskunlaşıb. Sonra ailə quraraq Bakı şəhərində yaşamağa başlayıb. H.Əliyevanın valideynləri və qardaşı hazırda Samux rayonunun Alıuşağı kəndində yaşayırlar.
Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 08-08-2025 13:40
Baxış sayı: 3167Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar



























