Reklam
Milli Qəhrəman Hökumə Əliyevanın xatirə muzeyinin açılışı oldu
08-08-2025 12:30

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Samux rayonunun Alıuşağı kəndində xatirə muzeyinin açılışı olub.
Dalidag.az xəbər verir ki, açılışda bir sıra rəsmilər, AZAL-ın nümayəndələri, H.Əliyevanın yaxınları iştirak edib.
Muzeyin tikintisi Milli qəhrəmanın yaxınları tərəfindən həyata keçirilib. Muzeydə H. Əliyevanın həyatını əks etdirən fotoşəkillər, şəxsi əşyaları sərgilənib.
Məlumat üçün bildirək ki, Hökumə Əliyevanın bu gün 34 yaşı tamam olur.
Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. Kəlbəcərin işğalı dövründə ailəsi ilə birlikdə Samux rayonunun Alıuşağı kəndində məskunlaşıb. Sonra ailə quraraq Bakı şəhərində yaşamağa başlayıb. Onun ata-anası və qardaşı bu gün də sözügedən kənddə yaşayırlar.
Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 08-08-2025 12:30
Baxış sayı: 3134Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar



























