Reklam
Qurban Sadıqov “Tərəqqi” medalı ilə təltif olundu
21-06-2025 18:00
Prezident İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Dalidag.az xəbər verir ki, Sərəncama əsasən, Nazirlər Kabineti Aparatında sektor müdiri vəzifəsində çalışan Qurban Sadıqov dövlət qulluğunda səmərəli fəaliyyətinə görə, “Tərəqqi” medalı ilə təltif olunub.
Qeyd edək ki, Qurban Sadıqov əslən Kəlbəcərdəndir. 1993-cü ilin məlum işğal hadisələrindən sonra ailə üzvləri ilə birlikdə Bakı şəhərində müvəqqəti məskunlaşıb.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə səlahiyyətli nümayəndə təyin edilib.
1993-cü il 17 iyun tarixdən etibarən Nazirlər Kabineti Aparatının Qaçqınların və məcburi köçkünlərin işləri üzrə şöbəsində müxtəlif vəzifələrdə işləyən Q. Sadıqov 2001-ci ildə şöbə müdiri vəzifəsinə təyin olunub.
Ümumilikdə 33 il 10 ay dövlət qulluğu stajına malik olan Q.Sadıqova Prezidentin 2010-cu il 22 iyun tarixli Sərəncamına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətimə görə 3-cü dərəcə dövlət müşaviri və 2013-cü il 24 iyun tarixli Sərəncamına əsasən, 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.
Ölkə başçısının 2014-cü il 25 iyun tarixli Sərəncamına əsasən isə dövlət qulluğunda səmərəli fəaliyyətimə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Həmçinin Xarici İşlər Nazirliyinin 2019-cu il 9 iyul tarixli Sərəncamına əsasən, "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif edilib.
Dalidag.az

Kateqoriya: Sosium
Tarix: 21-06-2025 18:00
Baxış sayı: 3531Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















