Reklam

İDDİA: “Pilotumuz Xəzər üzərində ürəyindən vurulub” – “Qara qutu”dan gələn ŞOK səs
19-05-2025 13:34

Dalidag.az bildirir ki, bu sözləri Bakıvaxtı.az-a keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli kürəkəni, şəhid pilot Rəşad Atakişiyevin ailəsinə dövlətin qayğısından danışarkən deyib.
Onun sözlərinə görə, bu məsələdə dövlət, məxsusi olaraq, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva ailəyə lazımi dəstək və qayğını göstərir:
“Çox sağ olsun”.
Q.Hüseynli onu da əlavə edib ki, şəhidin təyyarəsinin qalıqları tapılsa da, “qara qutu”nun oxunub, ictimaiyyətə məlumat verilməsi gerçəkləşmədi:
“Söz verdilər, amma “qara qutu”nu açmadılar. Amma oradan bir nəfər dedi ki, Rəşadgil gecə saatlarında döyüş şəraitinə yaxınlaşdırılmış təlim keçiblər. Onlardan da 100 kilometr uzaqda dənizdə ruslar təlim keçirmişlər. Ruslar həm də sovet dönəmindən qalma “Lazer” silahının ilk sınağını həyata keçirirlərmiş. Onlar Rəşadın təyyarəsini tanıyırlarmış, çünki Rəşad Bakıya hücum edən təyyarəni vurub salırmış. Ona görə də Rəşada atəş açıblar və onun ürəyindən vurublar. Təyyarə idarəetməni itirib”.

Qabil Hüseynli
Müsahibimizin dediyinə görə, “qara qutu”nu oxuyanlardan biri bildirib ki, “qara qutu”dan yalnız Rəşadın zarımasını eşidib:
“Rəşad yaralı halda təyyarənin idarəedilməsini bərpa etmək istəyib, amma bunu bacarmayıb, çünki ürəyindən vurublarmış”.
Məlumat üçün bildirək ki, 2019-cu il iyulun 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunub.
Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə, təyyarənin “qara qutu”su tapılıb. Avqustun 20-də isə pilotun nəşi tapılıb. Ertəsi gün Rəşad Atakişiyevin nəşi II Fəxri xiyabanda dəfn edilib. 7 may 2021-ci ildə Hərbi Pilot polkovnik-leytenant Rəşad Atakişiyevə Şəhid statusu verilib.
Rəşad Atakişiyev ailəli olub. Vətənə yadigar iki övladı qalıb.
Onu da qeyd edək ki, mərhum Rəşad Atakişyev keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynlinin kürəkənidir.
Dalidag.az



Yazı axını
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar