Reklam
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar – FOTO
12-05-2025 10:30
Dalidag.az publika.az-a istinadən xəbər verir ki, Qarabağın işğalı dövründə Azərbaycan ərazilərinə köçürülmüş ermənilərə verilən Ermənistan pasportlarında doğum yeri kimi “Azərbaycan” göstərilirdi. Bu, Qarabağın Azərbaycan ərazisi, Ermənistanın isə işğalçı olduğunu təsdiq edən fakt olsa da, rəsmi İrəvan bunu dəyişə bilmirdi. Çünki Qarabağ və işğal olunmuş digər ərazilər beynəlxalq müstəvidə Azərbaycan ərazisi kimi tanınıb.
2020-ci ildə 44 günlük Vətən Müharibəsi ilə torpaqlarımız işğaldan azad ediləndən sonra da Ermənistanın Qarabağda məskunlaşdırdığı ermənilərə verdiyi pasportlarda doğum yerinin “Azərbaycan” göstərilməsi dəyişməyib. Buna səbəb belə pasportların bir hissəsinin 2020-ci ilə qədər verilməsidir.
2019-cu ildə İrəvanın Davtaşen rayonundakı pasport idarəsindən yeni pasport alan Marina Belova adlı erməni qadın işğal dövründə Xocavəndin Çartar kəndində yaşayıb. Buna görə ona verilən pasportda doğum yeri “Azərbaycan” göstərilib. Pasportun etibarlılıq müddəti 2029-cu ilə qədərdir. Qarabağın işğaldan azad edilməsi ilə Ermənistana qayıdan M.Belova pasportun dəyişdirilməsi üçün dəfələrlə müraciət etsə də, buna nail bilmir. Qarabağın azad edilməsindən 5 il keçməsinə baxmayaraq, belə pasportların hələ də qüvvədə olması erməniləri şoka salıb.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 12-05-2025 10:30
Baxış sayı: 3196Yazı axını
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
Ən çox oxunanlar




























