Reklam
“Avronyus” Qarabağda tapılan kütləvi məzarlıqları işıqlandırdı
03-05-2025 11:43

Dalidag.az xəbər verir ki, telekanalın materialında bildirilib ki, tapılan qalıqların Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş insanlara aid olduğu ehtimal edilir.
Bundan əlavə, ekspertlər mümkün işgəncə əlamətlərini aşkar ediblər.
"Ən azı yeddi şəxsə aid sümüklər və digər fraqmentlər aşkar edilib. Tapılan sübutlar göstərir ki, bu insanlar qətlə yetirilməzdən əvvəl, ehtimal ki, işgəncələrə məruz qalıblar.
Mülki şəxslər təxminən 25 il əvvəl basdırılıb", - telekanalın saytındakı məlumatda qeyd olunub.
Materialda həmçinin vurğulanıb ki, Qarabağ Ermənistan-Azərbaycan münaqişəsi zamanı kütləvi qətllərin baş verdiyi yerə çevrilib.
Xatırladaq ki, apreldə azad edilmiş ərazilərdə iki kütləvi məzarlıq aşkarlanıb. Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi və Şuşa-Laçın yolunun birləşməsində aşkar edilib. Burada tapılan qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir. Əsgəran-Xocalı yolunun üstündə aşkarlanan digər məzarlıqda isə ən azı 7 nəfərə aid meyit qalıqları aşkarlanıb. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 03-05-2025 11:43
Baxış sayı: 3194Yazı axını
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























