Reklam
Xocalıya növbəti köç karvanı yola salındı
28-04-2025 09:00

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
Dalidag.az xəbər verir ki, aprelin 28-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Xocalı şəhərinə Həsənriz kəndinə yola salınıb.
Köçürülənlər (cəmi 33 ailə, 138 nəfər) içərisində Bakı şəhərindən – 15 ailə (65 nəfər); Goranboy rayonundan – 7 ailə (30 nəfər); Abşeron rayonundan – 3 ailə (12 nəfər); Ağcabədi rayonundan – 2 ailə (7 nəfər); Sumqayıt şəhərindən – 2 ailə (6 nəfər); Gəncə şəhərindən – 1 ailə (6 nəfər); Qobustan rayonundan – 1 ailə (5 nəfər); Şirvan şəhərindən – 1 ailə (4 nəfər); Mingəçevir şəhərindən – 1 ailə (3 nəfər) var.
Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 20 ailə (83 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından səhər saat 7:00-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xocalı RİH-nin nümayəndələri tərəfindən yola salınıb.
Gəncə, Şirvan və Mingəçevir şəhərlərində, Goranboy və Ağcabədi rayonlarında məskunlaşmış 13 ailə (55 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Ağdam rayonunun Təzəkənd kəndində yerləşən keçid postunda köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.
Köçürülən ailələr Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.
Beləliklə, bu köç də nəzərə alınmaqla, bugünədək Xocalı şəhərinə cəmi 85 ailə (342 nəfər) köçürülüb.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 28-04-2025 09:00
Baxış sayı: 3135Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















