Reklam
Xankəndi və Şuşa məktəblərində təlim - Video
25-04-2025 09:53

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu, Elm və Təhsil Nazirliyi, həmçinin “Azərbaycan Sənaye Təhlükəsizliyi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərdə yerləşən bir sıra ümumtəhsil müəssisələrində “Təhlükəsiz məktəb” sosial layihəsi çərçivəsində maarifləndirici təlimlər təşkil olunub.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, maarifləndirmə tədbirləri Ağdərə rayonu Talış kənd, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli, Xocalı şəhər 1 nömrəli, Şuşa şəhər 1 nömrəli və Laçın şəhər 2 nömrəli tam orta məktəblərində keçirilib.
Təlimlərin keçirilməsində əsas məqsəd məktəblilərin fövqəladə hallar zamanı düzgün davranış qaydaları, təhlükəsizlik vərdişləri və təxliyə barədə biliklərinin artırılması, onların risklərə qarşı hazırlıq səviyyəsinin yüksəldilməsi olub.
Tədbirlərdən əvvəl Vətən yolunda canından keçmiş şəhidlərimizin məzarları ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirələri ehtiramla yad edilib.
Tədbirlərin nəzəri hissəsində Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri tərəfindən fövqəladə hallar zamanı zəruri davranış qaydaları barədə, o cümlədən əmək təhlükəsizliyinin əhəmiyyəti, mina təhlükəsindən qorunmağın yolları, qaz, elektrik və yanğın təhlükəsizliyi, liftdən istifadə qaydaları, ilk yardım barəsində ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Təlimlərin praktiki hissəsində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar Nazirliyin qüvvələrinin operativ olaraq əraziyə cəlb edilməsi, məktəblilərin təxliyəsi və “fəsadların” aradan qaldırılması əməliyyatları icra olunub.
Təlimlər uğurla keçib və qarşıya qoyulan məqsədlərə nail olunub.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 25-04-2025 09:53
Baxış sayı: 3192Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























