Reklam
Xanazax istiqamətində intensiv atəş açılması… – MN
22-04-2025 11:20

Xanazax yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən intensiv atəş açılması barədə Ermənistan mediasının aprelin 21-də yaydığı xəbərlər məqsədyönlü dezinformasiyadır və heç bir real əsası yoxdur.
Dalidag.az xəbər verir ki, bu sözləri Axar.az-a Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mediasında Ordumuzun bölmələri tərəfindən yaşayış məntəqəsinə atəş açılması ilə bağlı yayılan xəbərlərə cavabında deyib.
Vurğulanıb ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki əhali və obyektlər istiqamətində heç bir atəş açılmır:
"Ordumuz yalnız zərurət yarandıqda təxribat məqsədi ilə mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin aktivliyinin qarşısını almaq məqsədilə adekvat cavab tədbirləri görür.
Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiyalar və yalan məlumatlar yaymaqla törətdiyi təxribatları ört basdır etməyə, eləcə də beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır".
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 22-04-2025 11:20
Baxış sayı: 3208Yazı axını
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
Ən çox oxunanlar



























