Reklam
Əsgər Musazadəyə şəhidlik statusu veriləcək? - AÇIQLAMA
07-04-2025 12:30

Dövlət Sərhəd Xidmətinin (DSX) Cəbrayıl rayonu ərazisində sursat partlayışı nəticəsində həlak olan hərbi qulluqçusu Əsgər Musazadəyə şəhidlik statusu veriləcək.
Dalidag.az-ın xəbərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov teleqraf-a açıqlamasında deyib ki, hərbi qulluqçuya şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilir.
"Əgər hərbi qulluqçunun xidmət vaxtı döyüş tapşırığını yerinə yetirərkən həlak olmasını təsdiq edən rəsmi arayış təqdim olunarsa, ona şəhidlik statusu veriləcək", - deyə xidmət rəsmisi bildirib.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musazadə xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Ə.Musazadə aprelin 7-də Lənkəran rayonunun Göyşaban kəndində dəfn edilib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 07-04-2025 12:30
Baxış sayı: 3172Yazı axını
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























