Reklam
Milli Qəhrəman Şükür Həmidovun doğum günüdür
01-04-2025 19:44

Bu gün 44 günlük Vətən müharibəsinin şəhidi - Milli Qəhrəman Şükür Həmidovun doğum günüdür.
Dalidag.az xatırladır ki, Şükür Nəriman oğlu Həmidov 1975-ci il aprelin 1-də Qubadlının Armudluq kəndində anadan olub. O, ailədə 10 uşaqdan biri olub.
Şükür Həmidov 1990-1993-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb
Şükür Həmidov 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsində böyük şücaət göstərib.
Azərbaycan Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Bundan əlavə, Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib.
Vətən müharibəsində Şükür Həmidov Qubadlının bəzi kəndlərinin azad edilməsi əməliyyatlarında iştirak edib.
Şükür Həmidov 22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin Sərəncamı ilə Şükür Həmidov Vətən müharibəsindəki iştirakına görə "Vətən uğrunda" medalı ilə təltif edilib.
Dövlət başçısının sərəncamları ilə Şükür Həmidov "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və "Zəfər" ordeni ilə təltif edilib.
Milli Qəhrəmanın bir oğlu, bir qızı var.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 01-04-2025 19:44
Baxış sayı: 3213Yazı axını
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
Ən çox oxunanlar



























