Reklam
Xocavənddə partlayıcı qurğu tapıldı
01-04-2025 15:30
Xocavənd rayonunda improvizə edilmiş partlayıcı qurğu aşkarlanıb.Dalidag.az xəbər verir ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə Daxili İşlər Nazirliyi vasitəsilə daxil olan müraciətə əsasən Agentliyin əməkdaşları tərəfindən Xocavənd rayonunun Bulutan kəndi ərazisində aparılan əməliyyatlar zamanı tərk edilmiş yaşayış evlərindən birində improvizə edilmiş, sürpriz partlayıcı qurğu aşkarlanıb.
Həyata keçirilən əməliyyat zamanı qeyd olunmuş ərazidə 1 ədəd PQ-7L raketinin üzərinə 105 ədəd atıcı silah patronlarının yapışqan lentlə bağlanması və partlayışın həyata keçirilməsi üçün əl qumbarası partladıcısından istifadə etməklə tələ məftili vasitəsilə quraşdırılmış improvizə edilmiş partlayıcı qurğu aşkarlanıb. Həmçinin fikri yayındırmaq məqsədilə partlayıcı qurğunun ətrafına çoxlu sayda fotoşəkillər səpələyiblər ki, onlardan birinə toxunduqda tələ məftili işə düşsün.
Aşkar edilən partlayıcı qurğu Agentlik əməkdaşları tərəfindən təhlükəsiz şəkildə ərazidən kənarlaşdırılıb.
Məhz mülki təyinatlı ərazilərdə yerləşdirilən, sürpriz formaya salınmış bu kimi qurğular yüksək və ölümcül partlayış törətmək məqsədi ilə quraşdırılıb.
ANAMA bir daha vətəndaşları təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa, şübhəli əşyaya rast gəldikdə dərhal 805, 102 və ya 112 qaynar xətlərinə məlumat verməyə çağırır.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 01-04-2025 15:30
Baxış sayı: 3240Yazı axını
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
Ən çox oxunanlar



























