Reklam
Kleopatranın əsl siması üzə çıxdı - Foto
12-12-2024 11:20
Dalidag.az xəbər verir ki, təxminən 20 ildir məzarı axtaran Ketlin Martinez e.ə. 51-30-cu illərdə Misiri idarə edən kraliçanın əsl simasını əks etdirən heykəl tapdığını deyir.
Ağ mərmər heykəl balaca burunlu, dodaqları büzülmüş, saçları hörülmüş bir qadınını təsvir edir.
Martinez və komandası həmçinin Kleopatranın təsviri olan 337 sikkə, çoxsaylı keramika, lampalar, heykəlciklər və digər artefaktlar tapıb. Bütün bunlar əsrlər öncə Misirin İsgəndəriyyə şəhəri yaxınlığında yerləşən Taposiris Maqna məbədində basıdırılıb.
Arxeoloq kraliçanın qəbrinin məbədin xarabalıqları arasında olduğuna inanır. Onun fikrincə, Kleopatranın cənazəsi tunel vasitəsilə saraydan çıxarılaraq gizli yerdə basdırılıb.

Digər arxeoloqlar Ketlin Martinez tərəfindən tapılan heykəlin əslində firon sülaləsindən olan başqa bir qadını təmsil etdiyini irəli sürür. Martinezin tənqidçiləri də kraliçanın Taposiris Maqna məbədində dəfn olunduğuna inanmırlar. Onların iddiasına görə, Kleopatra İsgəndəriyyənin özündə başqa bir yerdə dəfn edilib.
Bununla belə, Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məbəddə tapılan tapıntıları son dərəcə əhəmiyyətli hesab etdiyini bildirib.teleqraf.com
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 12-12-2024 11:20
Baxış sayı: 3289Yazı axını
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15




























