Reklam
ANAMA əməkdaşları qəzaya düşdü - Yaralılar var
09-12-2024 16:14
Dalidag.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Horadiz qəsəbəsi ərazisində baş verib.
Belə ki, rayonun Qayıdış 3 qəsəbə sakini 1995-ci il təvəllüdlü Qəhrəmanov Samir Salman oğlu idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarına yuvarlanıb. Nəticədə sürücü S.Qəhrəmanov olmaqla avtomobildə olan rayonun Qayıdış 3 qəsəbə sakini 2000-ci il təvəllüdlü Bəylərzadə Ramiz İlqar oğlu və Qayıdış 2 qəsəbə sakini 1990-cı il təvəllüdlü Qasımov Mustafa Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin yardım göstərilərək avtomobildə olan sərnişinlər R.Bəylərzadə və M.Qasımov Gəncə şəhər xəstəxanasına göndərilib. Sürücü S.Qəhrəmanovun da Gəncə Xəstəxanasına göndərilməsi üçün zəruri işlər görülür.
Qəza zamanı xəsarət alanların ANAMA əməkdaşları olduğu bildirilir.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 09-12-2024 16:14
Baxış sayı: 3285Yazı axını
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
Ən çox oxunanlar




























