"Qaraheybət"də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür

30-11-2024 08:30
Hərbi helikopterin qəzaya uğraması nəticəsində Türkiyə ordusunun generalı həlak oldu

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından üç il ötür.

Dalidag.az xatırladır ki, helikopter 2021-ci il noyabrın 30-da saat 10:40-da təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində 14 nəfər şəhid olub, iki nəfər yaralanıb.

Şəhid olan hərbi qulluqçuların adları:

1. polkovnik Füzuli Əli İbram oğlu Cavadov;
2. polkovnik Emil Nəzir oğlu Nəzirov;
3. mayor Elmir Mircəlil oğlu Həsənov;
4. mayor Elbrus Səmrəddin oğlu Əhmədov;
5. mayor Emil Şahid oğlu Mayılov;
6. mayor Murad Yaşar oğlu Məmmədov;
7. mayor Emil Elman oğlu Əliyev;
8. tibb xidməti kapitanı Ceyhun Xanlar oğlu Əhmədxanov;
9. kapitan Cavid Əhliman oğlu Bayramlı;
10. kapitan Xəyyam Əlixan oğlu Əliyev;
11. kapitan Teymur Ənvər oğlu Qaraisayev;
12. leytenant Abdulla Telman oğlu Süleymanov;
13. baş leytenant Fərid Təyyar oğlu Nağıyev;
14. işçi Elçin Fikrət oğlu Nəbiyev.

Hadisə zamanı polkovnik-leytenant Emil Məmməd oğlu Cəfərov və kapitan Ramin Ramiz oğlu Ədilov yaralanıblar.

Onların ikisi də hazırda hərbi xidmətlərini davam etdirirlər.
Qeyd edək ki, həlak olan hərbçilərə şəhid statusu verilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə onun tədqiqi aparılıb.

Müəyyən olunub ki, ekipaj heyəti tərəfindən helikopter havaya qalxdıqdan 16 dəqiqə 59 saniyə sonra marşrut üzrə meydançaya eniş etmək qərarı qəbul edilib, həmin vaxt helikopterin sürəti 141 km/saat, radiohündürlük (yer səthindən helikopterə olan məsafə) 101 metr olub.

Uçuşun 17 dəqiqə 10-cu saniyəsində küləyin istiqamətinin düzgün nəzərə alınmadan eniş prosesinə başlanılması nəticəsində helikopterin uçuş parametrlərində əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib və uçuş sürəti 0 km/saat, radiohündürlük 89 metr qeydə alınıb.
Bundan ötən qısa müddət ərzində pilotlar helikopteri qəza vəziyyətindən çıxarmaq üçün cəhd etsələr də, buna nail ola bilməyiblər.

Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 30-11-2024 08:30
Baxış sayı: 320
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
01 / 12 / 2024