Reklam
Paşinyan çıxış edərkən deputat zala qatıqla gəlib, bunları dedi
15-11-2024 12:37

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı müxalifətdən olan deputat Qeqam Manukyan cəld şəkildə Milli Assambleyanın yeməkxanasına enib, bir stəkan qatıq götürərək zala qayıdıb.
Dalidag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nəşr yazır ki, deputat Paşinyanın çıxışı zamanı onu izləyərək qatıq yeyib. Baş nazir bunu görüb, lakin heç bir reaksiya verməyib. Çıxış bitdikdən sonra Manukyan Paşinyanın sözlərindən zəhərlənməmək üçün qatıq yediyini deyib.
Belə ki, SSRİ dövründə kimyəvi zavodlarda işləyən fəhlələrə zəhərlənməmələri üçün süd və qatıq verildiyi bildirilir. Manukyanın son 3 gündə büdcə müzakirəsi zamanı bu ənənəni davam etdirdiyi qeyd olunur. Hakim “Mülki Müqavilə” fraksiyasının üzvlərinin adətən çıxışlar zamanı müxalifətin ünvanına tənqidlər səsləndirməsi səbəbindən deputatın belə bir addım atdığı deyilir.
Həmçinin Qeqam Manukyan Nikol Paşinyanın çıxışı zamanı Ermənistanın Müstəqillik Bəyannaməsinin xətalı olması və “tarixi Ermənistan” fikirlərini dilə gətirdiyi zaman zəhərlənmək istəmədiyini bildirib.globalinfoaz
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 15-11-2024 12:37
Baxış sayı: 3162Yazı axını
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
Ən çox oxunanlar



























