Reklam
Məşhur dünya ulduzu Ermənistanı necə aldatdı?
02-11-2024 10:50
Dünyaca məşhur amerikalı reper Snop Doggun Ermənistanda keçirilməsi planlaşdırılan konserti artıq bir ildən çoxdur baş tutmur.
Dalidag.az xəbər verir ki, 2023-cü ilin sentyabrın 23-də keçirilməsi nəzərdə tutulan konsert üçün reperə Ermənistan dövlət büdcəsindən 6 milyon dollar ödənilib.
Lakin həmin il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror əməliyyatları səbəbindən “erməni xalqı yasdadır” açıqlaması ilə konsert təxirə salınıb. Reperin bir neçə ay sonra Ermənistana səfər edəcəyi və gözlənilən konsertin baş tutacağı bildirilib.
Snop Dogga ödənişin öncədən edilməsi və antiterror əməliyyatlarından bir il keçməsinə baxmayaraq konsert hələ də baş tutmayıb. Ermənistanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyi dəfələrlə açıqlama verərək reperlə danışıqların aparıldığı və 2024-cü il ərzində konsertin keçiriləcəyini açıqlayıb. Lakin Snop Doggun hər hansı müsbət cavab verdiyinə dair məlumat yoxdur.
Bu məsələ ölkədə ciddi narazılığa səbəb olub və dünya ulduzunun Ermənistana qarşı saxtakarlığı, hökumətin səriştəsizliyi kimi dəyərləndirilib. Maraqlı olan isə 6 milyon dolların aqibətindən xəbərin olmamasıdır. Konsert ilk təxirə salınan zaman ödənilən məbləğin büdcəyə geri qaytarılması ilə bağlı hər hansı məsələ qaldırılmayıb, bu, konsertin mütləq şəkildə keçiriləcəyi ilə əsaslandırılıb. Lakin reperin pulu alsa da, İrəvana hələ də gəlməməsi, konserti gecikdirməsi erməni ictimaiyyətində birmənalı qarşılanmayıb.globalinfo.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 02-11-2024 10:50
Baxış sayı: 345
Yazı axını
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
Ən çox oxunanlar