Reklam
Şəhid abidələrinə qarşı hörmətsizlik
11-10-2024 13:30
Şəhidlərimizin qanı, qazilərimizin canı, sağlamlığı, dövlətimizin iradəsi hesabına azad olunan işğal altındakı vətən torpaqlarının ziyarəti hər bir yurddaşımız üçün böyük bir arzu və sevincdir. 30 ildən sonra doğma yurdlarımızın ziyarəti bizi yenidən ötən günlərimizə qaytarır. Bütün bu xoş anlarımız üçün ilk növbədə şəhidlərimizə, qazilərimizə, dövlətimizə və ordumuza həyatımız boyu borcluyuq.
Çox təəssüflər olsun ki, bəzən bu xoş anlarımıza qanqaraçılığı qatanlar, könül bulandıranlar da tapılır. Beləki insanların bəziləri getdikləri yerlərdə özlərindən sonra qoyduqları xoşagəlmz səhnələr adamda ağrılı hisslər yaşadır. Təbiəti, bulaq başlarını, yaylaqları çirkləndirib insanda ikrah hissi yaradanlar azmış kimi, son zamanlar daha iyrənc yollara əl atanlar da çoxalıb. Xüsusilə, şəhid abidələrinə, onların plakatlarına qarşı törədilən insanlığa sığmayan hərəkətlər adamda cavabsız suallar doğurur.
Ötən il Quzeyçiskin kəndində Birinci Qarabağ Müharibəsi şəhidi, 1993-cü ilin aprel ayında Murov dağında kəlbəcərlilərin kütləvi qətliamının qarşısının alınmasında fövqəladə qəhrəmanlıq göstərərərək həlak olmuş Mahir Quliyevin ata ocağında özümüzdən olan naqislərin törətdikləri barbarlıq haqqında yazmışdıq. Onda kimlərsə Mahirin qardaşı Əbülfəz Quliyevin ata ocağında min bir əziyyətlə düzəltiyi yaşayış yerini və mal tövləsini dağıdaraq talan etmişdilər.
Bunlar azmış kimi, kəndin aşağı hissəsindəki körpünün üzərindəki Quzeyçiskin kəndinin şəhidləri Mahirin Quliyevin və Azər Mikayılovun portretləri asılmış lövhənin üzərindəki işıq panelini də oğurlamışdılar. Bu günlərdə eşitdiyim daha bir xoşagəlməz xəbər məni əməllicə sarsıtdı. Şəhidlərin plakatlarının yanından asılmış, yenicə təzələnmiş Azərbaycan və Türkiyə bayraqları yenə də hansısa naqis adamlar tərəfindən oğurlanıb. Belə yerdə deyirlər ki, sözün bitdiyi yerdi. Şəhid abidəsindən bayraq oğrayanlara nə ad vermək olar? Onların vətən, bayraq sevgiləri də sünilikdən, riyakarlıqdan başqa bir şey deyil. İnanırıq ki, hüquq-mühafizə orqanları bu oğruları tapıb cəzalarına çatdıracaqdır. Ən azı onları xalqa tanıdıb, rüsvay edəcəklər ki, bir də belə yaramaz hərəkətə yol verməsinlər.
İ.Məmmədli
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 11-10-2024 13:30
Baxış sayı: 3154
Yazı axını
01 / 02 / 2025
30 / 01 / 2025
28 / 01 / 2025
28 / 01 / 2025
27 / 01 / 2025
26 / 01 / 2025
25 / 01 / 2025
24 / 01 / 2025
24 / 01 / 2025
23 / 01 / 2025
22 / 01 / 2025
20 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
17 / 01 / 2025
16 / 01 / 2025
15 / 01 / 2025
14 / 01 / 2025
14 / 01 / 2025
Ən çox oxunanlar