Reklam
Rusiyanın Suca şəhəri Ukraynanın nəzarətinə keçib
08-08-2024 18:20

Rusiyanın Suca şəhəri Ukrayna Silahlı Qüvvələrinin tam nəzarətinə keçib.
Dalidag.az xəbər verir ki, bu barədə şəhərin "Telegram" kanalı xəbər yayıb. Bildirilir ki, kanallar "SucaEtoRossiya" heşteqini yaradıblar və onu yaymağı xahiş ediblər. Rusiya hərbi müxbirləri isə Sucanın bir hissəsinin Ukraynanın nəzarətində olduğunu bildirirlər.
Kursk vilayətindəki döyüşlər haqqında əsas məlumatlar bunlardır:
Sucanın özündə döyüşlər gedir. Hərbi müxbir Mixail Zvinçukun ("Rıbar" kanalı) məlumatına görə, Ukrayna qüvvələri Sucanın qərb yarısını tutub.
"Hazırda döyüş təmas xətti bənd rayonundan keçir - bu, kiçik Suca çayının axdığı ərazidir. Rusiya tərəfindən bu sahəni yerli özünümüdafiə dəstələri də müdafiə edir", - deyə Zvinçuk vurğulayıb.
Hərbi müxbir Yuri Kotenok bildirir ki, yaşayış məntəqəsinin böyük hissəsi Ukrayna qüvvələrinin nəzarətindədir. Sucada tanklar var.
Yuri Podolyak isə Sucada çoxlu sayda ukraynalı əsgərin olduğunu yazıb:
"Suca bizim üçün, ümumiyyətlə itirilmiş hesab olunur. Bu, çox vacib logistika mərkəzidir. Düşmən bu üstünlükdən istifadə etməyə çalışır. Sucadan şimala, Lqova gedən yol da var. Düşmən bu yolla da irəliləməyə çalışır".
"Dva mayora" kanalı bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin birləşmələrini Korenevo qəsəbəsində dayandıra bilib.
"Rıbar"ın məlumatına görə, Loknya - Nikolski - Viktorovka - Kruqlenkoye xəttində intensiv döyüşlər gedir. Sosial şəbəkələrdə Rusiyanın onlarla sərhədçisinin təslim olmasının videosu dərc edilib. Görüntülər Ukraynanın "Naxtiqal" batalyonunun "Instagram" səhifəsində yayımlanıb və bildirilir ki, kadrlar avqustun 6-na aiddir.
Kateqoriya: Sosium
Tarix: 08-08-2024 18:20
Baxış sayı: 4146Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























