Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
Dalidag.az bildirir ki, "Qərbi Azərbaycanda "Qurd ağzı bağlama" ayini" adlı buraxılışda araşdırmaçı Ayişə Nəbi və filologiya üzrə fəlsəfə doktoru Aynur Cəlilova Qərbi Azərbaycanda Bozqurd simvolu və ona həsr olunmuş mərasimlər, eləcə də qədim türklərin həyatında ovçuluğun tutduğu xüsusi yer barədə söhbət açırlar.
Bildirilir ki, "Bozqurd" anlayışının mənası və izahı genişdir: "Türklərin Bozqurddan törəməsi yanlış yozumdur. Bozqurd canavar deyil, Qut məfhumudur. Göy Tanrıya inanan toplum canavara tapına bilməzdi. Türklərin inancı Tenqri, Tanrı əslində belə adlanırdı. Göy türklərdə rəng adı deyil, yaranış rəmzidir. Xaqan qızı Göy üzündən yerə enib, yaradılışın əsasını qoydu. Türk dara düşəndə Göy boru köməyinə gəlir. Qurd qutlanmış, Qut almış varlıqdır. Qurd ağzı simvolu qoruyucu, xilasedicidir. Qərbi Azərbaycanda "Qurd ağzı bağlama" ayini keçirilirdi".
Onların sözlərinə görə, türkün həyatında ovçuluq xüsusi yer tutub: "Ovçuluqda "100-cü ov" tilsimi-ov əyəsinin cəzası, həmçinin heyvanın dərisini geyinib, ov əyəsindən icazə alma adəti var idi. Keçi Günəşin rəmzi, maral, tur sakral heyvan hesab olunurdu. Ovçu Pirim Zəngəzurda yerləşən Diridağda yaşayıb".
Araşdırmaçılar sonda "Qurd ağzı bağlamaq" mərasimin keçirilmə qaydası, tərəkəmə adətləri və yaşam tərzinin xüsusiyyətləri ilə bağlı maraqlı fikirlər səsləndirirlər.
Ümumiyyətlə, "İrsimiz" layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Reklam
Qərbi Azərbaycan Xronikası: "Qurd ağzı bağlama" ayini" - VİDEO
28-07-2024 10:32
Kateqoriya: Sosium
Tarix: 28-07-2024 10:32
Baxış sayı: 3162
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02