Reklam
“Yaddan şıxmaz...!” layihəsi çərçivəsində Qənirə Mehdixanlı anıldı - ŞƏKİLLƏR
29-06-2024 10:21
Sumqayıt Şəhər Poeziya Evində tanınmış peşəkar jurnalist Aygün Hacıyevanın “Yaddan çıxmaz...!” yeni layihəsi çərçivəsində Anım günü tədbiri keçirilib.Tədbir iki il öncə iyunun 25-də 84 yaşında həyatla vidalaşan Azərbaycan Aşıqlar Birliyinin Sumqayıt Regional bölməsinin rəhbəri olmuş, təcrübəli pedaqoq, şair, yazıçı Qənirə Mehdixanlının şərəfli ömür yoluna həsr edilmişdir.
Anım günündə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi, şöbə müdiri Fərman Kazımov, respublikanın əməkdar müəllimi, şair Ofelya Babayeva, Sumqayıt Regional Aşıqlar Birliyinin yeni sədri, ustad aşıq Çərkəz Qurbanov, dəyərli ziyalılar, jurnalistlər, şair və yazıçılar, həmçinin şəhid ailələri iştirak edirdi. Layihənin rəhbəri Aygün Hacıyevanın təqdimatında mərhumun həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olundu və əl işlərindən ibarət nümunələrə baxıldı. Söylənilən şeirləri və sözlərinə bəstələnmiş aşıq mahnıları tədbirə xüsusi rəng qataraq rəğbətlə qarşılandı və hər kəsin ruhunu oxşadı. Çıxış edənlər ahıl yaşlarında belə işləməkdən zövq alan, dövlət və digər möhtəşəm tədbirlərdə fəallığı ilə fərqlənən, ictimai xadim kimi tanınan Qənirə Mehdixanlının yeni nəslə örnək olan şərəfli ömrünün kövrək xatirələrinin qəlblərdə isti yuva quraraq əbədi yaşayacağını bildirdilər. Ömrünün 58 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş Qənirə Mehdixanlının mənalı və düşündürücü həyat yoluna nəzər salan tədbir iştirakçıları gerçəkləşən bu layihənin davamlı olmasını arzuladılar.
Rəna TƏBƏSSÜM
AJB-nin üzvü
Dalidag.az




Kateqoriya: Sosium
Tarix: 29-06-2024 10:21
Baxış sayı: 4326Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















