Reklam
Məcburi köçkün qadınlar üçün peşə təlimləri keçiriləcək
11-04-2022 19:10
Məcburi köçkün qadınlar üçün peşə təlimləri keçiriləcək. Bu barədə Dalidag.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Ağcabədi, Bərdə və Tərtər Qadın Resurs Mərkəzləri (QRM) “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması” layihəsi çərçivəsində birgə əməkdaşlığa başlayıb.
Bu fəaliyyət çərçivəsində məcburi köçkün qadınlara hüquqi və psixoloji yardım, kiçik və orta biznes fəaliyyətinə başlamaq istəyənlər üçün isə özünüməşğulluğa dəstək və müxtəlif kursların tədrisi xidmətləri göstəriləcək.
Ağcabədi, Bərdə və Tərtər Qadın Resurs Mərkəzlərində (QRM) məcburi köçkünlük statusu olan qadınlara komputer, dərzilik, şirniyyat, qadın gözəllik salonu və bir sıra sahələr üzrə əyani ilkin peşə bilikləri aşılanacaq. Psixoloji, hüquqi və liderlik kimi seçilmiş sahələr üzrə xidmətlərin eyni zamanda onlayn tədrisi də planlaşdırılır.
Qeyd edək ki, yaşı 18-65 aralığında olan hər bir məcburi köçkün qadın üçün peşə təlimi kurslarının ödənişsiz və mütəmadi təşkili planlaşdırılır. Adıçəkilən tədbirlərdə iştirak etməklə məcburi köçkünlər ilkin peşə bilikləri qazanacaq və növbəti mərhələdə əldə etdikləri əyani təcrübələri gələcək karyeralarında tətbiq edə biləcəklər. Bu kurslarda iştirak etmək və ya daha ətraflı məlumat almaq istəyənlər aidiyyəti üzrə yaşadıqları ərazinin Qadın resurs Mərkəzlərinin koordinatoru ilə əlaqə saxlaya bilərlər.
Əlaqə üçün:
Ağcabədi Qadın Resurs Mərkəzinin (QRM) koordinatoru : Gülşən Quliyeva +994 51 532 21 56
Bərdə Qadın Resurs Mərkəzinin (QRM) koordinatoru : Aygün Hüseynova +994 50 973 95 17
Tərtər Qadın Resurs Mərkəzinin (QRM) koordinatoru : Mərziyyə Qəndilova +994 50 368 11 28
Kateqoriya: Sosium
Tarix: 11-04-2022 19:10
Baxış sayı: 3256Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























